Mövzu 15. Beynəlxalq turizm bazarında Avstraliyanın mövqeyi plan: Avstraliyada turizmin müasir vəziyyəti



Yüklə 282,9 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix26.11.2023
ölçüsü282,9 Kb.
#135373
1   2   3   4
BTC-movzu15

Sidney turizm mərkəzi. 
Sidney ölkənin ən böyük şəhəri, Yeni Cənubi Uels ştatının inzibati 
mərkəzidir. Port-Cekson körfəzinin sahilində yerləşmiş bu şəhərə İngiltərədən gələnlər ilk dəfə bu ərazidə 
sahilə çıxmış (1788) və Avstraliya torpağında ilk Britaniya məskəninin əsasını qoymuşlar. 
İngilislər tərəfındən salınmış bu yaşayış məskəni İngiltərənin o vaxtkı müstəmləkələr naziri lord 
Sidneyin şərəfınə Sidney adlandırılmışdır. Sidneyin görkəmli yerləri arasında Port-Cekson körfəzi 
üzərindən salınmış tağlı Körpü (1932) qeyd etmək olar. Uzunluğu 1,2 km, dəniz səviyyəsindən hündürlüyü 
134 m olan bu Körpüdünyanın ən gözəl mühəndis tikililərindən biri sayılır. Ən iri okean gəmiləri belə onun 
altından sakitcə keçə bilir. Sidneydeki Avstraliya muzeyi (1827) isə bütün ölkədə tanınır. Burada təbii
elmi, tarixi və etnoqrafik xarakterli böyük kolleksiya toplanılır. Şəhərdə həmçinin, Tətbiqi incəsənət və 
Nikolson antik muzeyləri fəaliyyət göstərir. 
Sidneyin yeni opera teatrı da məşhurdur. Teatrın binasi limanın demək olar ki, mərkəzində, qayalıq 
sahildə yerləşir. Sidneydə şəhərin bəzəyi olan, rəngarəng tropik vo subtropik bitkilərin salındığı gözəl 
parklar çoxdur. Məsələn, Toronqo zoologiya parkı, Kral milli parkı, xüsusilə Botanika bağı və Olimpiya 
tikililəri (XXVII yay olimpiya oyunları burada keçirilmişdir) turistləri maraqlandıran yerlərdir. 
Kanberra turizm mərkəzi. 
Sidneydən cənub-qərbdə, yüksək olmayan dağ silsilələri ilə əhatə 
olunmuş ərazidə Avstraliya İttifaqnın paytaxtı - Kanberra şəhəri yerləşir. Şəhər inzibati və siyasi 
mərkəzdən daha çox kurorta oxşayır. 
1913-cü ildə əsası qoyulmuş şəhərin mərkəzində sahillərində park salınmış böyük göl (70 hektara 
yaxın) yerləşir. Gölün sahilləri körpülərlə bir-birilə birləşir. Körpünün dayandığı qranit sütunlar
Londondakı məşhur Vaterloo körpüsünün dayaqları olmuşdur. Avstraliyalılar bu körpünü ingilislərdən satın 
almış, onu sökərək gəmi ilə Avstraliyaya gətirmişlər. 
Göldən bir qədər aralıda parlamentin ikimərtəbəli binası yerləşir. Birinci və ikinci Dünya 
müharibələrində həlak olan avstraliyalıların şərəfinə yaradılmış Avstraliya hərbi muzeyi, paytaxtın görməli 
yerlərindəndir. Milli dəniz muzeyi, Avstraliya Elmlər Akademiyasının və Milli kitabxananın binaları, 
memarlıq baxımından çox maraqlıdır. 

Yüklə 282,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin