Pert turizm mərkəzi.
Pert Qərbi Avstraliya ştatının inzibati mərkəzidir. Memarlığında
qədim
Viktorian üslubunun qorunub saxlanıldığı çox mənzərəli şəhərdir. Pertdə yerləşən böyük parkın bir hissəsini
Botanika bağı təşkil edir. Burada təbiət olduğu kimi qorunub saxlanılmışdır. 1911-ci ildə əsası qoyulmuş və
qədim ingilis üslubunda tikilmiş universitetin tədris korpusunun memarlıq baxımından həlli də çox maraqlıdır.
Avstraliyada turistləri cəlb edən görməli yerlərdən: Fink çayı vadisini "Çembers sütunlarını" (Şimal
ərazidəki dağda yerləşib), Keyp-York yarımadasının şərq sahillərində daş "şəlaləni" və s. qeyd etmək olar.
Avstraliya İttifaqı çox geniş milli parklar sisteminə malik olan ölkədir. Bunlardan ən məşhuru Kakadu milli
parkıdır. Bu parkda timsah yetişdirən nəhəng qoruq var. Turistləri bura cəlb
etmək üçün parkda xarici
görünüşcə nəhəng timsaha bənzəyən otel tikilmişdir.
Yoxlama suallar:
1.
Avstraliyada turizmin müasir vəziyyəti necə səciyyələnir?
2.
Avstraliyanın turizm-rekreasiya potensialı haqqında nə deyə bilərsiniz?
3.
Avstraliyada turist axınlarının dinamikası necə inkişaf edir?
4.
Avstraliyada Milli parklardan turizm məqsədi ilə necə istifadə olunur?
5.
Avstraliyada yerli əhalinin adət-ənənələrindən turizmdə necə istifadə olunur?
6.
Avstraliyanın əsas turizm mərkəzləri hansılardır?
7.
Sidney turizm mərkəzi necə xarakterizə olunur?
8.
Kanberra turizm mərkəzi necə xarakterizə olunur?
9.
Melburn turizm mərkəzi necə xarakterizə olunur?
10.
Brisben turizm mərkəzi necə xarakterizə olunur?
11.
Pert turizm mərkəzi necə xarakterizə olunur?
Mövzudan imtahana düşəcək sual:
1.
Avstraliyada beynəlxalq turizmin inkişaf istiqamətləri
a)
Avstraliyada turizmin inkişafına təsir göstərən amillər hansılardır?
b)
Avstraliyada turist axınlarının istiqaməti. Ölkənin turizm mərkəzlərinin tiplərinə misallar göstərmək.
İstifadə edilmiş ədəbiyyat:
1.
Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. “Beynəlxalq Turizmin Coğrafiyası” (Dərs
vəsaiti). Bakı. 2002. (səh. 418-426)
2.
Voskresenskiy V.Y. “Beynəlxalq turizm” (rus dilində). Moskva. 2006. (səh. 173-175)
3.
Tourism Highlights, 2016 Edition