Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə23/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
az dili

Baş müəllim: Nailə Hacıyeva
QAİMƏ
Qaimə hüquqi sənəddir. «Qaimə» sözü ərəb dilindəki çoxmənalı qaim sözündən olub: 1. dayanan, ayaq üstə duran; 2. mövcud olan; 3. birinin yerini tutan, yerinə keçən; 4. dik duran; 5. namaz qılan; 6. möhkəm, mətanətli;

7. davamlı, bərk, sərt; 8. irəli sürülmüş, qaldırılmış və s. mənalarda işlənmişdir. Qaimə də həmin sözdən törəmiş, sonralar müxtəlif mənalar kəsb etmişdir:

1) keçmişdə uzun kağızda yazılan əmrnamə; 2) bankdan buraxılan və pul yerinə işlənən qiymətli kağız; 3) mal siyahısı; 4) qılınc dəstəyi; 5) həndəsədə düz bucaq.

Maraqlıdır ki, izahat, izahatnamə kimi qaimə də nə ensiklopediyada, nə də izahlı lüğətdə vardır. «Hüquq ensiklopedik lüğət»ində isə “qaimə” sözünü “qayimə” şəklində – səhv yazmışlar. Hüquqi sənəd kimi qaiməyə belə izah verilir: 1) Mal qaiməsi – maddi sərvətlərin buraxılmasına və qəbuluna görə əməliyyatların rəsmiləşdirilməsi üçün ilkin mühasibat sənədi. Qaimədə onu yazmış təşkilatın adı, yazılma tarixi və nömrəsi, malın kim tərəfindən kimə buraxılması, miqdarı, sortu, qiyməti, nəyə əsasən buraxılması haqqında məlumat olur. Qaiməni malın buraxılması və qəbulu üçün maddi məsul şəxslər imzalayır: 2) Nəqliyyat – yük qaiməsi – əsas daşıma sənədidir. Yük (adı, çəkisi, sayı, yerlərin sayı, qablaşdırılması, yük göndərən, yük alan, daşıma şərtləri, təyinat məntəqəsi, yükün çatdırılması müddəti, daşıma haqqı və s.) haqqında məlumatları əks etdirir, yükdaşıma müqaviləsini rəsmiləşdirir və təsdiq edir. Qaimə yük göndərən tərəfindən müəyyən edilmiş formada yükü alanın adına yazılır və orada göstərilən məlumatın düz olması üçün məsuliyyət daşıyır. Bir sıra tələblər və etirazlar olduqda, nəqliyyat qaiməsi mütləq tələb edilməlidir.

Qaimə blank şəklində hazır olur. Onu təkcə doldurmaq lazım gəlir. Buna görə də, qaimə haqqında ətraflı məlumat verməyə ehtiyac görmürük.

Qaimə, qəbz və s. kimi yazı nümunələri ilə son vaxtlar tez-tez qarşılaşırıq. Müasir bazar iqtisadiyyatı bu gün belə yazı nümunələrinin yazılış qaydasını, onları doldurmağın yollarını bilməyi tələb edir.


Məqalə
Yaxşı məqalələr Vikipediyanın Seçilmiş məqalələrdən sonra ən yaxşı məqalələrinə verilən statusdur.

Məqalənin yerləşdirildiyi səhifənin sağ yuxarı küncündə yaşıl işarə ( ) varsa, bu, onun yaxşı məqalə olduğundan xəbər verir.



Yaxşı məqalələr aşağıdakı şərtlərə malikdir:

  1. Yaxşı yazılmış olmalıdır.

  2. Məqalə Azərbaycan dilinin qrammatik qaydalarına uyğun, sadə və səlis bir dildə olmalıdır.

  3. İnandırıcı və əhatəli olmalıdır.

  4. Məntiq çərçivəsi içərisində yazılması lazımdır. Məsələnin mahiyyəti açıqlanmalıdır. Məqaləni qısa izah edən giriş bölümünə malik olmalıdır.

  5. Məqalədə olan terminlər ətraflı açıqlanmalıdır.

  6. Məqalədə olan istinadlar və mənbələr açıq-aydın göstərilməlidir.

  7. Məqalə tərəfsiz olaraq yazılmalıdır. Neytrallıq prinsipinə əməl olunmalıdır.

  8. Məqalənin həcmi 10 kb-dən qısa olmamalıdır.

Məqalə Stil kitabçasının tələblərinə cavab verməlidir
Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin