Reklamın növləri
Faktiki olaraq reklam üçün hər bir vasitə istifadə oluna bilər. Kommersiya məqsədli reklam vasitələrinə divar rəsmləri, bilbordlar, küçələrdə yerləşdirilən müxtəlif predmetlər (skamya, avtobus dayanacaqları, kücə işıqları və s.), radio,kino, televiziya, web bannerlər, mobil telefon ekranları, alış-veriş kartları, web pop-up, kiçik təyyarələrin istifadə olunduğu səma yazıları, avtobus dayanacaqlarındakı oturacaqlar, insan bilbordları (reklam xarakterli lövhə və ya geyimlərin geyinilməsi ilə), jurnallar, qəzetlər, şəhər carçıları, təyyarələrin üzərinə və ya yanlarına banner yapışdırma (logojetlər), uçuş zamanı oturacaqların arxasındakı yemək stolu, taksi qapıları, musiqili səhnə tamaşaları, metro platformaları və qatarlar, vanna otağı kabinalarının qapıları, supermarketlərdə almaların üzərindəki etiketlər, afişalar, supermarket çekləri və ya müxtəlif biletlərin arxası aid edilə bilər. Müəyyən bir yerdə təyin olunmuş sponsorun müəyyən məbləğ ödəməklə hər hansı bir vasitə ilə məlumat çatdırması da reklamdır.
Dostları ilə paylaş: |