1 nömrəli teleqram
Bakı şəhəri, Əhmədli qəsəbəsi, VII bina, ev 55, Aynur Qurbanova
Səni Novruz bayramı və ad günün münasibətilə təbrik edir, sənə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram.
Türkiyə
Pəfiqən Lalə
2 nömrəli teleqram
Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtiyə
Dünya azərbaycanlılarının ikinci qurultayı 2018-ci il mart ayının 16-da Bakı şəhərində keçiriləcəkdir. Qurultayda iştirakınızı xahiş edirik.
Təşkilat komitəsi
Telefonoqram
«Telefonoqram» yunanca üç sözün birləşməsindən əmələ gəlmişdir: “tele”-uzaq, “fone”-səs; “qramma” – yazmaq. Müəyyən bir məlumatı, hadisəni telefonla yazılı şəkildə lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə edilir. Adətən, konfrans, iclas və bəzi yığıncaqlara məsul şəxslər dəvət olunarkən, ünvanlarına telefonoqram vurulur. Telefonoqram vurulmazdan əvvəl aşağıdakılara riayət etmək lazımdır:
1. Təhrif olunmuş, çətin anlaşılan sözlər mətndə öz əksini tapmamalıdır.
2.Telefonoqramın nömrəsi göstərilməlidir.
3. Mətndə gün, saat dəqiq göstərilməlidir.
4. Telefonoqramda məsuliyyət daşıyanın vəzifəsi, adı və soyadı düzgün verilməlidir.
Qeyd etmək lazımdır ki, digər əməli yazılardan bu və ya digər əlaməti ilə fərqlənən telefonoqramın özünəməxsus xüsusi forması vardır. Hər şeydən əvvəl həmin formaya əməl etmək lazımdır.
TELEFONOQRAM
Kafedra müdirlərinin nəzərinə
Dostları ilə paylaş: |