Diqqət, diqqət! Danışır Bakı!
Hava haqqında məlumatı veririk.
Sinoptiklərin verdiyi məlumata görə, fevralın 15-dən 17-si günorta saatlarına qədər hava şəraitinin kəskinləşəcəyi, sulu qar, qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi gözlənilir. Havanın temperaturu 5 –7 dərəcə aşağı düşəcək. Bakı və Abşeron yarımadasında yağıntı olacaq. Şimal-qərb küləyi güclənəcək.
MÖVZU 17
Yazılı işgüzar kommunikasiya zamanı nizamnamə, vəkalətnamə, etibarnamə, əqd, ezamiyyə vərəqi, təlimat və s. sənədlərin tərtibi.
«Nizamnamə» sözü “nizam” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda, qanun, hökm kimi mənalar verir. Məsələn: Nizamnamə üzrə hərəkət etmək – Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusu; əsasnamələr. Bu növləri var: 1. Partiya nizamnaməsi. 2. Gənc Müəllimlər Birliyinin nizamnaməsi.
3. Səhmdar cəmiyyətin nizamnaməsi və s.
MƏLUMAT
«Məlumat» ərəb mənşəli, çoxmənalı “məlum” sözündəndir. “Məlum” sözünün aşağıdakı mənaları vardır: 1) muzd, haqq; 2) qonorar; 3) aydın, aşkar, bilinən. “Məlumat” sözü aydın, aşkar, bilinən mənasındadır. Rəsmi kargüzarlıqda məlumat iki xarakterdə olur: a) bildiriş; b) raport xarakterində.
Dostları ilə paylaş: |