Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə18/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
az dili

VƏKALƏTNAMƏ VƏ ETİBARNAMƏ
Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid edilə bilər. Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir:

1. Vəkalətnamə kimə verilir. Onun adı, atasının adı, vəzifəsi.

2. Vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam şəkildə göstərilməli).



3.Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.

  1. Vəkalətnamənin müddəti (həm rəqəm və həm də hərflər).

  2. Vəkalətnaməyə məsul olan şəxsin imzası.

  3. Vəkalətnamənin verildiyi tarix.

  4. Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.



ETİBARNAMƏ
Etibarnamə ərəb sözü olan “etibar” və fars kəlməsi olan “namə” sözlərindən olub, bir şəxsin və ya idarənin adından iş görülmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür: a) nəzərə alma, əhəmiyyət vermə; b) hörmət və nüfuz; c) etimad; “namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.


Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin