Mövzu 2 Əsas makroiqtisadi göstəricilər və milli hesablar sistemi



Yüklə 76,64 Kb.
səhifə13/23
tarix31.12.2021
ölçüsü76,64 Kb.
#112097
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Mövzu 2

ÜMM gəlirlərə görə hesablanması

Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asan­lıq­la müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlir­lə­rin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziy­yə­ti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edil­məsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olun­muş dolayı vergilərdir.

Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xid­mət­etmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alın­masına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müd­dəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəs­sisələr bir tərəfdən mənfəətin və bütün gəlirin azalmasına yol vermə­mək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artır­maq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəy­yən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət et­dikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əm­təələri öz dəyərlərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal pro­sesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amor­tizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisa­diy­yatda yara­dılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amor­tizasiya ayırmaları nəzərə alınmalıdır. Amorti­zasiya ayırmaları ka­pitalın istehlak olunması ilə əlaqədar olan ayır­malardır. Bu ayır­ma­lar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.

Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olma­yan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərc­lərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bun­lara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 ma­nata satmağı nəzərdə tut­muşdur. Lakin dövlət pərakəndə ticarətdə satı­lan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən et­miş­dir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiymətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Göründüyü kimi, ma­hiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mən­bələrindən biridir. Dolayı vergilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məh­sul onun üzə­ri­nə dolayı vergilər əlavə edildikdən sonra is­tehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.

Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfindən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.

Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisa­diyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiyyət­çiləri mənim­səyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın mü­qabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində istehsalata birbaşa vəsait qoy­mur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.




Yüklə 76,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin