Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə57/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   53   54   55   56   57   58   59   60   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Əməyin mühafizəsi

Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur.
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi:

  • ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin;

  • işləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin;

  • işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və iş yerlərinin;

  • qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən iş yerlərinin;

  • əmtəələrin istehsalı, işlərin görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv

və digər yüksək təhlükə mənbəli maddələrin;

  • işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin;

  • işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməli olan həyat üçün yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əməyin mühafizəsinin dövlət tərəfindən, icra hakimiyyətləri, bələdiyyələr, mülkiyyətçinin və işəgötürənlərin tənzimlənməsini və bu yöndə onların səlahiyyət və vəzifələrini müəyyən edir.
Bununla yanaşı qanunvericilik müəssisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçinin də üzərinə öhdəliklər qoyur. Belə ki, işçi:

  • əməyin mühafizəsi üzrə norma və təminat qaydalarına əməl etməli;

  • əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etməli;

  • müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmalı;

  • verilmiş xüsusi geyimdə və ayaqqabıda işə gəlməli;

  • əməyin mühafizəsi sahəsində rəhbərliyin tapşırıqlarına və tövsiyələrinə əməl etməlidir.

Qanunvericilik əməyin mühafizəsi sahəsində ayrı-ayrı kateqoriyalı işçilərə yüksək təminatlar verilməsini nəzərdə tutur. Həddi-büluğa çatmamış qadınların və ümumiyyətlə, 21 yaşa qədər şəxslərin, həmçinin, sağlamlığı ilə bağlı qadağan olunanların ağır işlərə, zərərli və təhlükəli işlərə cəlb olunması qadağandır.


    1. Yüklə 408,06 Kb.

      Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin