Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə82/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   74   75   76   77   78   79   80   81   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

İnzibati tənbeh onun növləri. İnzibati tənbeh dövlət məcburiyyət tədbiri olub, törədilmiş inzibati xətaya görə təqsirkar şəxşə tətbiq olunur. Onun iki əsas məqsədi vardır:

  • xüsusi xəbərdaredici məqsəd;

  • umumi xəbərdaredici məqsəd.

İnzibati tənbehin xüsusi xəbərdaredici məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl etmək ruhunda tərbiyələndirməkdən, habelə onun tərəfindən yeni inzibati xəta töredilməsinin qarşısını almaqdan ibarətdir.
İnzibati tənbehin umumi xəbərdaredici məqsədini isə cəmiyyət üzvlərinin yeni inzibati xəta törətmələrinin qarşısını almaq təşkil edir.

Qanunda (İnzibati Xətalar Məcəlləsində) nəzərdə tutulan inzibati xəta törətmiş şəxsi cəzalandırmaq üçün tətbiq edilən məsuliyyət tədbirinə inzibati tənbeh deyilir.


İnzibati tenbəhin növləri İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuşdur. Burada onların qəti və dəqiq siyahisi verilir.
Xəbərdarlıq inzibati tənbehin növlərindən biridir. Hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirə xəbərdarlıq deyilir. Xəbərdarlıq yazılı formada edilir.
İnzibati cərimə inzibati tənbehin növlərindən biri sayılır. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğinə inzibati cərimə deyilir. İnzibati cərimə bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsinə mədaxil olunur.
Müsadirə təqsirkar şəxsə tətbiq edilən inzibati tənbeh növlərindən biridir. Müsadirə dedikdə, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət olmuş və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin məcburi qaydada və əvəzsiz (ödənişsiz) dövlət mülkiyyətinə keçməsi başa düşülür.
İnzibati həbs ən kəskin inzibati tənbeh tədbiridir. Bu tədbir ayrı-ayrı inzibati xəta növlərinə görə (məsələn, xırda oğurluğa görə) müstəsna hallarda tətbiq olunur. İnzibati həbs 15 günədək müəyyən edilir. Bəzi kateqoriya şəxslər üçün inzibati həbsin tətbiq edilməsinə yol verilmir. Həmin şəxsləra aiddir: hamilə qadınlar, himayəsində azyaşlı uşaq olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup elillər, altmış yaşına çatmış qadınlar, altmış beş yaşına çatmış kişilər.
Bunlardan başqa, təqsirkar şəxslərə digər inzibati tənbeh növləri də tətbiq edilə bilər.
İnzibati tənbehin digər növləri İnzibati Xətalar Məcəlləsində göstərilmişdir.
Xəbərdarlıq, inzibati cərima və ya inzibati həbs əsas inzibati tənbeh növləridir. Müsadirə və diğərləri isə həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
İnzibati xətalar haqqında işlərə yalnız səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxa bilər. Həmin orqanlara (vəzifəli şəxslərə) aiddir: rayon (şəhər) məhkmələri, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanları (vəzifəli şəxslər).
Qeyd:

  1. «İnzibati» sözünün rus dilinda qarşılığı kimi «адmинисtраtивное» ifadasi işlədilir.

«адmинисtраtивная» sözü latınca «idara» manasını bildirir.

  1. Oğurlanmış əmlakın dəyəri şərtı maliyyə vahidinin otuz mislindən yuxarı olmadıqda,

bu, xırda oğurluq hesab edilir.
Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin