Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə14/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   10   11   12   13   14   15   16   17   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda hansı müddətə yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.

  1. Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. ni Azərbaycan Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük verilir.

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun»a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:

    • doğulduqda;

    • vətəndaşlığa qəbul edildikdə;

    • beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.



Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir:





    1. filimasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi).

Burada iki prinsip var:

      1. ius sanquini - qan hüququ;

      2. ius soli - torpaq hüququ.

Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından - doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin ius solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır.

    1. naturalizasiya (vətəndaşlığın şəxsi vəsatətlə əldə edilməsi). Bu bir qədər mürəkkəb qaydadır. Burada müxtəlif şərtlər var ki, onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs:

  • ən azı 5 il Azərbaycanda daimi yaşamalı;

  • Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli;

  • Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir.


    1. Yüklə 408,06 Kb.

      Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin