Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə18/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   14   15   16   17   18   19   20   21   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur:

  • aşkarlıq;

  • siyasi plüralizm, çoxpartiyalılıq;

  • məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.

Milli Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır. Milli Məclis hər il iki növbəti sessiyaya yığılır:

  1. yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir;

  2. payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir.

Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu sessiyalar deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar dövründə Milli Məclis iclaslar keçirir. Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və bununla da I iclas işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb olunur.
Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır. Bunun üçün deputatların sadə
səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər. Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli Məclisin iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən olunur. İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzrlü səbəbdən iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir. Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.
Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi komissiyalarının, hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir.
Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin olunurlar.
Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə işlərinə, deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir.
Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi əsasında fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17 may 1996-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir:


  1. Yüklə 408,06 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin