Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə24/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   20   21   22   23   24   25   26   27   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.
Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.
Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək olar: a) dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi;

  1. dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması; ç) dövlət hakimiyyətinin suverenliyi.

Bütün bunlarla yanaşı məhkəmə hakimiyyəti müəyyən spesifik əlamətlərlə digər hakimiyyət qollarından fərqlənir:

    1. məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş qaydada yaradılmış xüsusi orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi;

    2. məhkəmə hakimiyyətinin məhkəmə iclaslarında işlərə baxılıb həll edilməsi yolu ilə həyata keçirilməsi;

    3. məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi; ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.

Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə hakimiyyətinin məqsədləri, demokratizm prinsipləri əsasında məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun
əsasında həyata keçirilməsi, konkret işlərə baxılması nəticəsində məhkəmə tərəfindən dövlət məcburiyyətinin tətbiqi.
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar yerinə yetirir. Məhkəmə hakimiyyətinin əsas həmişə mövcud olan funksiyası ədalət mühakiməsinin həyata keçirilməsidir. Bu, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:

  1. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxırlar.

  2. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

  3. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

  4. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

  5. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

  6. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

  7. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

  8. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.

  9. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

Azərbaycan Respublikasında qəbul edilən yeni qanunvericilik aktları - Azərbaycan Respublikası Konstitusiyası, 1997-ci il 10 iyun tarixli «Məhkəmələr və hakimlər haqqında» qanun, «Konstitusiya Məhkəməsi haqqında»1997-ci il 21 oktyabr tarixli və 2003-cü il 23 dekabr tarixli qanunlar Azərbaycan Respublikasında məhkəmə sisteminin yeni strukturunu müəyyən etdi. Hal-hazırda Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar:

  1. konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı;

  2. ümumi məhkəmələr.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası və «Konstitusiya Məhkəməsi haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə baxır. Bu orqan Azərbaycan Respublikasının ən yuxarı məhkəmə orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir.
Ümumi məhkəmələrin sistemi və səlahiyyəti «Məhkəmələr və hakimlər haqqında» qanunda göstərilmişdir. Qanunun 19-cu maddəsinə görə Azərbaycan Respublikasında ədalət mühakiməsini
Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir:

  • rayon (şəhər) məhkəmələri;

  • ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi;

  • hərbi məhkəmələr;

  • ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;

  • yerli iqtisad məhkəmələri;

  • beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;

  • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi;

  • Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi;

  • Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;

  • Azərbaycan Respublikasının Ali Məhkəməsi.

Həmin maddəyə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla bilər. Bütün demokratik konstitusiyalar fövqəladə məhkəmələrin yaradılmasını qadağan edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və
«Məhkəmələr və hakimlər haqqında» qanuna müvafiq olaraq fövqəladə məhkəmələrin və qanunla nəzərdə tutulmayan qaydada məhkəmənin yaradılması qadağandır.




    1. Yüklə 408,06 Kb.

      Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin