Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari


Azərbaycan Respublikasının qanunları



Yüklə 408,06 Kb.
səhifə77/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   74   75   76   77   78   79   80   81   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Azərbaycan Respublikasının qanunları inzibati hüququn mühüm mənbə növlərindən biridir. Söhbət dövlət idareçiliyinin (idarəetməsinin) əsas sahələri barədə (təhsil haqqında, əhalinin sağlamlığı barədə, idman barədə, polis barədə, daxili qoşunlar barədə, müdafiə barədə və s.) qəbul edilən qanunlardan gedir. Bu qanunlar dövlət idarəçiliyinin müxtəlif sahələrində əmələ gələn münasibətləri tənzimləyir, dövlət mexanizmində icra hakimiyyət orqanlarının yerini müəyyənləşdirir.
Prezident fərmanları inzibati hüququn mənbəyi sayılır. Prezident fərmanları ilə köhnə dövlət orqanları ləğv edilir və onların yerinə yeni dövlət orqanları yaradılır, bu orqanların funksiyaları müəyyənləşdirilir. Prezident mərkəzi icra hakimiyyət orqanlarının rəhbərlərini – nazirləri, habelə yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarını vəzifəyə təyin edir. Prezident nazirliklərin (məsələn, Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və s.) əsasnamələrini təsdiq edir.
Nazirlər Kabinetinin qərarları ayrı-ayrı dövlət orqanlarının fəaaliyyətini tənzimləyir, onların səlahiyyətlərini müəyyən edir. Məsələn, Nazirlər Kabinetinin müvafiq qərarları ilə Azərbaycan Dövlət Dəmir Yolunun, Bakı Beynəlxalq Ticarət Limanının, Xəzər Gəmicilik İdarəsinin, «Azal» Dövlət Konserninin və s. əsasnamələri təsdiq edilmişdir.
Mərkəzi icra hakimiyyət orqanlarının (nazirliklərin dövlət komitələrinin) normativ aktları (təlimat, əmr və s.) inzibati hüququn mənbəyidir. Bu aktlar qanunların, prezident fərmanlarının və Nazirlər Kabinetinin qərarlarının icrası qaydasını müəyyənləşdirir.
Bələdiyyələrin (yerli özünüidarəetmə orqanlarının) normativ xarakterli aktları inzibati hüququn mənbəyi hesab edilir. Bu aktlar yerli əhəmiyyətli məsələlərin (yerli əhəmiyyətli iqtisadi, sosial, ekoloji və digər məsələlərin) həll olunması üçün qəbul edilir.
Yerli icra hakimiyyət orqanlarının normativ xarakterli aktları inzibati hüququn mənbəyi hesab edilir. Söhbət rayon (şəhər) icra hakimiyyəti başçılarının vərdikləri sərəncamdan gedir. Bu sərəncamlar iqtisadiyyatın, sosial və mədəni sahələrın inkişafının təmin edilməsinə yönəlir.
İnzibati hüququn mənbələri arasında məcəllələşdirilmiş aktlar mühüm yer tutur. Söhbət her şeydən əvvəl, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən gedir. Bu mə- cəllə 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Məcəllələşdirilmiş aktlar içərisində Azərbaycan Respublikası Vergi Məcəlləsi vacib rola malikdir. Bu məcəllə 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
İnzibati hüququn sistemi iki hissədən ibarətdir: ümumi hissədən; xüsusi hissədən. Umumi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları dövlət idarəetməsinin (idareçiliyinin) bütün sahələrini nizamlayır. Umumi hissənin normaları inzibati hüququn subyektlərini, dövlət idarəetmə prinsiplərini, icra hakimiyyəti orqan!arının sistemini va bu orqanların fəaliyyətinin forma və metodlarını və umumi xarakterli digər məsələləri muəyyən edir.

Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin