Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə2/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   2   3   4   5   6   7   8   9   ...   24
Roma imperiyasının tənəzzülü.

Roma imperiyası orta əsrlərin ərəfəsində dünyanın ən böyük dövlətlərindən biri idi. 4-cü əsrdə bu dövlət İtaliyadan başqa, Qalliya, İspaniya, Britaniyanın böyük hissəsini, Dünyanın sağ sahilindəki torpaqları, Balkan yarımadasını, Asiyanın bir çox yerlərini (Kiçik Asiya, Suriya və s.) Misir, Şimali Afrika və b. yerləri əhatə edirdi. Roma imperiyasının son dövr tarixi bu geniş ərazidə quldarlığın böhranı və feodalizmin meydana gəlməsi problemini aydınlaşdırmağa imkan verir.

Roma imperiyası ərazisində quldarlıq cəmiyyətinin böhranı hələ eramızın 2-ci əsrində başlanmışdı. Vaxtını keçirmiş quldarlıq istehsal münasibətləri artıq məhsuldar qüvvələrin xarakterinə uyğun gəlmirdi, onun inkişafı yolunda maneəyə çevrilmişdi. Qul öz əməyinin nəticəsi ilə maraqlanmırdı. Bu da əmək alətlərinin təkmilləşməsinə, istehsalın inkişafına mane olurdu. İmperiya hərbi cəhətdən də zəifləmişdi. Bu səbəbdən ucuz qul mənbəyi olan müharibələrin arası kəsilmirdi. İri quldar təsərrüfatlarını işçi qüvvəsi ilə təmin etmək mümkün deyildi. Qul əməyi quldarların, bütövlükdə quldar dövlətinin tələbini ödəmirdi. Buna görə də qulların istismar edilməsində müəyyən dəyişiklilər əmələ gəldi. Qullara müəyyən qədər torpaq və b. zəruri istehsal vasitələri verildi. Bunun müqabilində qul becərdiyi məhsulun bir qismini ağasına verməli, ya da onun təsərrüfatında işləməli idi. Müstəqil təsərrüfarçılıq edən bu qullar öz zəhmətlərinin nəticəsi ilə əvvəlkinə nisbətən daha çox maraqlanırdılar. Bu isə məhsuldarlığın müəyyən qədər artmasına səbəb olurdu. Bununla belə, həmin qullar öz əmlakları ilə birlikdə ağasının mülkiyyəti idilər.

Qulların azadlığa buraxılması halları da getdikcə artırdı. Belə qullar əksər hallarda keçmiş ağalarının “himayəsində” qalır, icarədarlara çevrilirdilər. Qullarn azadlığa buraxılması, onlara istifadə üçün torpaq verilməsi bilavasitə onların əməyinin məhsuldarlığını artırmaq üçün edilmişdi.




Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin