Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə22/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   16   17   18   19   20   21   22   23   24
Çin erkən orta əsrlərdə

V-VI əsrlərdə siyasi dağınıqlıq

Çinə soxulan hun tayfaları 311-ci ildə Loyanı, 316-cı ildə isə imperiyanın ikinci paytaxtı Çananı tutdular. Tezliklə bütün Şimali Çin hunların əlinə keçdi. Hun aristokratları bu ərazidə müstəqil dövlət yaratmaq istəsələr də daxili ziddiyyətlər buna imkan vermədi və iki dövlət yaradıldı: a) Şimal-şərqi (Şandun yarımadası), b) Şimal-qərbi (paytaxt Loyan). Hər iki dövlət öz aralarında vuruşurdular.

Hunların ardınca moyuna tayfaları Çinə soxuldular. (Şimal-şərqi Çində yaşayan syanbi tayfalarının bir qolu idilər) Qərbdən isə manqut-tibet mənşəli qəbilələr imperiya ərazisinə daxil oldular. Lakin köçərilərin dövlət yaratmaq cəhdləri baş tutmurdu.

IV əsrin sonu V əsrin əvvəllərində toba tayfalarının hücumu başladı (syanbinin qərb qolu). Şimal-qərbdən Çinə daxil olan toba tayfaları bütün əvvəlki istilaçıları özünə tabe etdi. 398-ci ildə onların rəhbəri Quy imperator elan olundu, sonra isə Şimali Çində Şimali Vey dövləti yarandı.

Bu dövlət 386-584-cü illərdə fəaliyyət göstərdi. 420-589-cu illər isə Çin tarixinə “şimal və cənub sülalələrinin dövrü” kimi daxil oldu. Köçərilərin hücumları təsərrüfata böyük zərbə vurdu. Əhalinin çox hissəsi əkinçilik üçün əlverişli olan cənuba qaçdı. Burada şimala nisbətən quldarlıq da az inkişaf etmişdi. Yerli əhali isə ibtidai-icma quruluşu dövrü keçirirdilər.

Cənubun hakim sinifləri əvvəlcə öz sahibkarlıqlarını möhkəmlətmək üçün Tsuzun sülaləsinin hakimiyyətini bərpa edərək 317-ci ildə Şərqi Tsuzun dövləti yaratmışdılar. Lakin sonradan isə öz gəlirlərini mərkəzi hakimiyyətlə bölmək istədilər. Eyni zamanda öz aralarında da müharibə aparırdılar və tez-tez imperiyanın paytaxtı Tsizyona da yürüşlər edirdilər. 420-ci ildə Şərqi Tsizun imperiyası nəhayət süquta uğradı. Tarixçilərin fikrincə bundan sonra dərhal dörd sülalə hakimiyyətdə bir-birini əvəz etmişdi.

Şimalda isə toba tayfaları assimliyasiyaya uğrayırdılar. VI əsrin ortalarında isə Şimalın Vey dövləti iki hissəyə bölündü. Sonra isə şimal-qərb və şimal-şərq hissəsində çinlilərin hakimiyyətdə olduğu yeni şahlıqlar meydana gəldi. Ağır zülm və daimi daxili müharibələr nəticəsində təsərrüfatları dağılan əkinçilər bu dövrdə şimala getməyə başladılar. Öz rəhbərlərinə məğlub olmuş feodallar da şimala qaçırdılar.

Hər şeydən əvvəl ölkənin iqtisadiyyatı, iri irriqasiya sistemləri tələb edən əkinçilik mərkəzləşmiş hakimiyyət tələb edirdi. Yalnız mərkəzi hakimiyyət feodalların torpaq üzərində hökmranlığını saxlayar və kəndlilərin başqa ərazilərə qaçmasının qarşısını ala bilərdi. Xalq kütlələrindən və köçərilərin hücumlarından onları mərkəzi hakimiyyət qoruya bilərdi. Böyük quru sərhədləri qorumaq üçün isə çoxsaylı ordu lazım idi ki, bunu da kiçik dövlət saxlaya bilməzdi.

Birləşmə təşəbbüsü ilə ilk dəfə şimal-qərb dövləti olan Qərbi Çjoy çıxış etdi. 581-ci ildə Qərbi Çjonun hökmdarı elan edilmiş sərkərdə Yan Tszyan (Vendu) şərq və cənub qonşularına bir sıra yürüşlər təşkil etdi.

589-cu ildə isə o, bütün çinlilərin yayıldığı əraziləri özünə tabe etdi və 589-cu ildə də bütün ölkənin imperatoru elan edildi.

Sülalənin adı ilə bu Suy dövləti adlandı. Bu dövrdə irriqasiya sistemi daha da genişləndi. Yan Tszyanın (Vendu) dövründə (II imperator) Xuanxe və Yantszı çaylarını birləşdirən 1000 km uzunluğunda Böyük kanal qazıldı. Bu kanalın çəkilişində 1 milyon kəndli iştirak etmişdi.

Lakin Suy sülaləsinin hakimiyyəti qısamüddətli oldu. Şimal və cənub bir-birlərinə o qədər də möhkəm birləşməmişdilər. Əyalətlər üzərində nəzarət o qədər də güclü deyildi. Qərbdən isə türk qəbilələrinin yürüşü başlanmışdı. İmperiyanın Koreyanı istila etmək cəhdləri də baş tutmadı. Nəhayət (mənşəcə yarım türk olan Li Jyan) şimali-qərbi Çin knyazlarından biri (Qaotszu) 618-ci ildə hakimiyyəti ələ keçirərək Tan sülaləsinin əsasını qoydu.

618-ci ildən 907-ci ilədək hakimiyyətdə olmuş Tan sülaləsinin paytaxtı Çanan idi (indiki Suan). VIII əsrdə buranın əhalisi 1 min idi. Bu sülalənin ən güclü imperatoru Li-Şi-Min olmuşdu. (626-649) Onun dövründə imperiyanın ərazisi xeyli genişləndi. 630-cu ildə o, öz ordusunu türklərə qarşı göndərdi. Bu sərhədləri qorumaq məqsədi güdürdü. Lakin ilk müvəffəqiyyətdən sonra Çin hökuməti qonşuların ərazisini tutmağa başladı.

30-40-cı illərdə Çin ordusu Monqol çöllərinə Böyük İpək yolu ilə yürüş etdilər. Tyan-Şanda cəmləşən Çin hərbi dəstələri qırğızlarla əlaqə yaratdılar və 648-ci ildə Çanana onların səfiri gəldi.

Ərazinin belə əhəmiyyətli dərəcədə genişlənməsi türk və tibet qəbilələrinin təzyiqinə məruz qalan və ərəb istilası təhlükəsi altında olan xalqların Çindən yardım istəməsi ilə izah olunur.

Cənub-qərbdə və Kukunorda imperyanın mənafeyi tibetlilərlə toqquşurdu. VII əsrdə Tibetdə yaranmış ilk feodal dövlətinin şahı Srontszanqambo şərqə, yəni Çinə böyük ordu ilə yürüş etdi. Lakin 641-ci ildə Li-Şilnqlə müqavilə bağlayıb onun vassalı oldu. Bu dövrdə əsası qoyulmuş Lxasaya (şəhər) çin canişinləri, tacirləri və hərbiçiləri gəldilər.

641-ci ildə Şimali hindistan hökmdarı Xarşa Çinə səfirlik göndərdi və bu yaxşı qarşılandı. İki il sonra isə şah qvardiyasının rəisi, təhsilli buddist olan Van Syansın başçılığı ilə Çin səfirliyi ---------- göndərildi. Xarşanın varisi Arucunun ordusu onlara hücum etdi. Van qaçaraq Tibetə gəldi. Tibetli, nepallı və çinlilərdən ordu düzəldib Arucunun sarayını tutdu.

Tak sülaləsi öz möhtəşəmliyini VIII əsrdə də saxlaya bildi. Onların içərisində buddizmin himayəçisi imperatura Tsze-tyan (656-705) daha fərqləndi. Çin bu dövrdə Ərəb xilafəti, Hindistan, Vyetnam, Suamla intensiv ticarət aparırdı. Xüsusən Çanandan Orta Asiyaya keçib gedən “İpək Yolu” Çini Şimal, Qərb və Cənubi Asiyanın bir çox ölkələri ilə birləşdirirdi. Bundan başqa Çin sahilləri boyunca Cənub-Şərqi Asiya və Hindistana gedən dəniz yolu da böyük əhəmiyyətə malik idi.

Lakin VIII əsrin sonlarından böhran əlamətləri görünməyə başladı. Kəndlilərin vəziyyəti çox ağırlaşmışdı. Tez-tez baş verən epidemiyalar və quraqlıqlar minlərlə kəndlinin həyatı bahasına başa çatırdı. İri torpaq sahibkarları, dövlət məmurları, sələmçilər kəndlilərin torpaqlarını sistematik olaraq ələ keçirirdilər. Dövlət kəndlilərinin sayının azalması imperator xəzinəsinə də mənfi təsir göstərirdi.

78-ci ildə yeni islahat layihəsi verildi. Vergilər təkcə kəndlilərdən yox xüsusi torpaq sahibkarlarından və müvəqqəti dövlət torpaqlarına malik olanlardan alınırdı. Bu şəxslər özlərindən təhkimçilik asılılığında olanlar üçün vergi ödəməli idilər. Feodallaşma prosesinin güclənməsi qubernator və hərbi rəislərin mərkəzdən qaçma meyllərini gücləndirdi. 785-ci ildə baş komandan An-Lu-Şan 120 minlik ordu ilə imperator əleyhinə çıxışa başladı. 786-cı ildə o, hər iki paytaxtı – Çanan və Loyanı tuta bildi. İmperator qaçdı və yalnız növbəti ildə uyğurların köməyi ilə (muzdla) üsyan yatırıldı.




Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin