Van-An-şinin islahatları (1021-1086)
Əvvəlcə o əyalətlərdən birinin məmuru idi. O burada əhalinin yoxsulluğu, məmurların özbaşınalığı halları ilə yaxşı tanış olmuşdu. O, 1069-cu ildə islahat proqramı ilə çıxış etdi. Dövlət kəndlilərə borc verməyi öhdəsinə götürürdü. Faiz isə o qədər də çox olmamalı idi. Torpaq sahələrinin ölçülməsi və buna uyğun olaraq yeni vergi siyahılarının qaydaya salınması, köhnəlmiş əmək mükəlləfiyətlərinin pul vergisi ilə əvəz olunması, sələmçiliyin məhdudlaşdırılması – bütün bunlar kəndlilərin vəziyyətini yaxşılaşdırmalı idi.
Layihəyə görə hakim sinflərin nümayəndələrinin hesabına vergi verən əhalinin sayı artırılırdı. Nəzərdə tutulurdu ki, kiçik sahibkarlara və tacirlərə xəzinədən borc verməklə onların iri tacirlərlə rəqabətini yüngülləşdirsinlər.
Sənətkarların əmək mükəlləfiyyətlərini pul vergisi ilə əvəz etmək irəli sürülürdü. Kəndlilər dövlətdə biyardan azad olur və əvəzində pul vergisi verirdilər. Aclıqdan yaxa qurtarmaq üçün o dövlət taxıl anbarlarını yaratdı. Sələmçiliyin kökünü kəsmək üçün ------- yaratdı ki, kəndlilər buradan az faiz verməklə borc ala bilərdilər.
Muzdlu ordunu ümumi hərbi mükəlləfiyyətlə əvəz etməyi təklif etdi. Əsas ordu kəndlilərdən yığma qoşun olmalı idi. Hər 3 həyət bir piyada, hər 10 həyət isə bir atlı verməli idi.
Van Anşinin islahatlarını məmur və feodallar kəskin müxalifətlə qarşıladılar. 1077-ci ildə o, istefaya çıxmağa məcbur oldu. (bəzi mənbələrdə 1075-də). Onun planları isə dövlət üçün təhlükəli hesab edildi.
Van Anşi feodalların güclü olduğu bir ölkədə imperatorun köməyi ilə, eyni zamanda xalq kütlələrindən uzaq olan bir islahat həyata keçirmək istəyirdi. Bu cəhətdən onun proqramı utopik xarakter daşıyırdı. XII əsrdə Sun sülaləsinin vəziyyəti heç də yaxşılaşmadı. 1126-cı ildə şimaldan gələn təhlükə ilə əlaqədar olaraq paytaxt cənuba, Xançjouya köçürüldü. 1127-ci ildə isə Sun sülaləsi yalnız Cənubi Çinə nəzarət edirdi. Şimali Çin isə yeni böyük dövlət olan Çjuşenlərin Tszun dövlətinə tabe idi. (Mancur – Tunus qəbilələrindən idilər). XIII əsrin əvvəllərində Şimali Çini monqollar istila etdilər. İmperatora tabe olan cənub əyalətlərində daim həyəcanlar baş verirdi. 1127-1132-ci illərdə rəsmi səlnamələrdə 93 kütləvi üsyan qeydə alınmışdır. Nəhayət, 1279-cu ildə Sun imperiyası Çingiz xanın nəvəsi Xubilay tərəfindən işğal olundu. Xubilay yeni monqol sülaləsinin, Çin dilində Jyan sülaləsinin əsasını qoydu.
Dostları ilə paylaş: |