Firmanın həyat tsikli - strategiyanı müəyyənləşdirən amil olaraq
Hər bir firma yaranmasından fəaliyyətini dayandırmasına qədər müxtəlif mərhələləri yaşayır. Bəzi firmalar yarandıqdan sonra uğursuzluğa düçar olur və dərhal fəaliyyətini dayandırırlar, başqaları müəyyən müddət – məsələn, 5-10 ilədək - fəaliyyət göstərsə də, sonradan ya bağlanmağa, ya da başqa firmaların tərkibinə daxil olmağa məcbur olurlar. Hər il ayrı-ayrı ölkələrdə minlərlə, onminlərlə yeni müəssisə yaranır, bunların əksər hissəsi uğursuzluğa düçar olur və fəaliyyətini dayandırırlar. Az sayda firmalar isə öz inkişafında uzun bir yol keçir, onillərlə fəaliyyət göstərir, tərəqqi və tənəzzül dövrləri keçirir, gah böyüyür, gah kiçilir, yenə böyüyür və inkişaf edir. Bir qayda olaraq, firmalar həyat tsikli aşağıdakı mərhələlərdən ibarət olur:
a) yaranma mərhələsi;
b) böyümə və inkişaf mərhələsi;
c) yetkinlik mərhələsi;
d) tənəzzül mərhələsi.
Dostları ilə paylaş: |