Hansı hallarda sitat ardan və yaxud öz sözlərinizdən istifadə etmək lazımdır?
Sitatlar sizin mövzu üzrə mövcud ədəbiyyatla tanış olduğunuzu və maraqlı məqamları müəyyənləşdirdiyinizi nümayiş etdirdiyi halda, onlara çox istinad da eyni zamanda, oxucuda sizin mövzunu anlamağınız barədə şübhə yarada bilər. Belə çıxır ki, başqalarının sözlərinə bel bağlamaqdansa, müəllifin sözlərini başa düşmənizi nümayiş etdirməniz daha yaxşı olardı. Bunu etməyin ən yaxşı yolu fikri öz sözlərinizlə demək - parafraz etmək və ya yekunlaşdırmaqdır. Başqalarının sözlərindənsə, öz sözlərinizdən davamlı istifadə etməniz həm də yazı üslubunuzun zənginliyinin saxlanılmasına kömək edir. Sitatlardan istifadəyə qərar verərkən, seçimə üstünlük verin və yetərincə düşünün. Yazınızda sitatların uyğunluğunu götür-qoy etməyə kömək etmək üçün sizə bəzi meyarları təqdim edirik:
Sitatda sizin sadə dillə və öz sözlərinizlə yaza bilməyəcəyiniz vacib bir ideya ifadə edilirmi?
Sitat önəmli bir fikri sizin deyə biləcəyinizdən daha təsirli və güclü şəkildə ifadə edirmi?
Müəyyən bir məqsədlə orijinal sözləri saxlamaq vacibdirmi? Məsələn, ədəbi təhlil və yaxud qanunvericiliyi göstərmək məsələsi ilə bağlı.
Dostları ilə paylaş: |