Müəllifə istinad məsləhətləri
İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz. Hər iki metod məqbuldur. Bununla belə, istinad edərkən oxucu üçün müxtəliflik nümayiş etdirməyiniz arzuolunandır. Bu səbəbdən də, hər iki metoddan bir-birini əvəzləyərək istifadə etməyə çalışın.
Cümlənizdə müəllifləri təqdim edərkən, məs., “İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni felləri işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün, aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, mübahisə açır və s.
Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin.
Nümunə
Cümlənin əsas hissəsində
İ.M. Nəcəfzadəyə (1997) və S. R. Nəcəfzadəyə (1997) görə, idarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir.
Dostları ilə paylaş: |