İsmin çıxışlıq halı öz morfoloji əlıaməti ilə yanaşı, nəticəməzmununu daifalı edir: Səhərdən-axşama kimi bu taxtabəndlərin qabağında sağa-sola gəzişən,gücü çatan işdən can-başla yapışan bu kimsəsiz qadının dərddən, kədərdən saçları ağappaq ağarmışdı (Ə.V.).
Eyni məzmun müxtəlif hallarla ifadə oluna bilir: Söhbət atamdan gedirdi. Söhbət atam barəsində idi. Söhbət atama aid idi. Nitqdə yığcamlığı yaratmaq məqsədilə sahib əşyanı bildirən söz (yiyəlik halında işlənən söz) ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir:
Bu dil ağızımda anamın südü kimidir (G.Kamal).
Eli tutub səsin yenə,
bəxtəvər ana bülbül! Bağçalıqdan kəsilməyir
Xoş cəh-cəhin, sona bülbül. (R.R.) Sifətin üslubi imkanları digər nitq hissələri ilə müqayisədə genişdir. Bu nitq hissəsinə məxsus sözlər müxtəlif üslubi məqamlarla işlənərək nitqdə dəqiqlik, düzgünlük, ahəngdarlıq yaradır, həm də onu yığcam, obrazlı, təsirli edir. Bu işdə sinonim sifətlərin rolu daha böyükdür. Sinonim cərgəni təşkil edən sifətlərin hər birinin nitqdə işlənmə məqamı vardır ki, həmin məqamda hər hansı bir sifət cərgədəki digər sifətlərə nisbətən fikrin məzmununun daha aydın, daha dəqiq ifadə olunması, təsirinin artması baxımından yararlı sayılır. Məs.: zərif-xəfif, incə-lətif; gözəl-göyçək-yaraşıqlı; bəd-pis-uğursuz vəs.
Sifətlər məcazi mənada işləndikdə üslubi effekt yaradır. Məs.: Ah, zalım dünya – deyib ah çəkdi (İ.Ə.); Məşədi yığıncaqdan çıxarkən köhnə dostu ilə görüşmək, onun əlini sıxmaq, ona təşəkkürünü bildirmək istəyirdi (M.N.).
Sifətin dərəcələri nitqdə üslubi çalarlıq yaratmaq baxımından zəngin imkanlara malikdir. Məs.: çoxaltma dərəcəsi qrammatik əlamətlərindən əlavə başqa vasitələrlə - məsələn, aydan arı, sudan duru, lalədən də qırmızı; süddən ağ, ağdan ağır (kişi), qan kimi qıpqırmızı və s. sözlərlə, ifadələrlə işləndikdədahatəsirli üslubi effekt yaranır.
Yaz yağışı tək dumduru, ana südü tək bakirə, tərtəmiz idi (M.S.O.).
Əvəzliklərinməqsədəuyğun işlədilməsi dənitqdə üslubi çalarlıq yaradır.Nitqdə, adətən, üçüncü növ təyini söz birləşməsindəki yiyəlik halda şəxs əvəzliyi ilə ifadə olunub sahiblik anlayışı bildirən birinci tərəf işlənmir:
Sənsən ucalığım, sənsən qürurum, Mənim ayrılığım, görüşüm də sən. Gecədən süzülən ağappaq nurum, Gündüzdən boylanan günəşim də sən. (N.X.)