İctimai-publisistik üslub. İstimai-publisistik üslubda fikirlər ümumənquru, rəsmi dillə ifadə olunur. Emosionallığı, obrazlılığı yaradan dil vasitələrinə - epitet, metafora, inversiya, nida, sual və sairəyə bədii üsluba nisbətən az yer verilir. Lakin bununla belə, qəzetlərdə, jurnallarda oçerk, felyeton və hekayə-lərdən də nümunələr gətirilir ki, bunlar maraqla oxunur, oxucuya yaxşı təsir bağış-layır. Mətbuat üslubunun başlıca xüsusiyyəti dilinin sadəliyi, aydınlığı, mənalılığı, hamı tərəfindən başa düşülməsidir. Dil kasıblığı, söz məhdudluğu bu üslubdakı yazıların oxunması işini çətinləşdirir.
Kütlələrə təsir göstərmək, problemlərin həllinə insanlarda maraq oyatmaq, onları bu işə cəlb etmək məqsədini qarşıya qoyan mətbuatın dili, hər şeydən əvvəl, canlı, aydın və anlaşıqlı olmalıdır.