B.Vahabzadə
Mən bir xarabalıqla bir gülüstanın,
Mən xəzanla baharın, qocayla gəncin,
Mən ölümlə həyatın, qəmlə sevincin
Arasında qurulmuş böyük bir körpüyəm.
M.Müşfiq
Burada gecə-gündüz, güney-quzey, qış-yaz, xarabalıq-gülüstan, xəzan-bahar, qoca-gənc, ölüm-həyat, qəm-sevinc kimi antonimlərlə təzadlı lövhələr yaradılmışdır.
Natiqlik təcrübəsində danışan bəhs etdiyi əşya və hadisələrin kəmiyyət, keyfiyyət, zaman və məkan məzmunlarının əks və ziddiyyətli cəhətlərini ifadə edərkən daha uyarlı və təsirli antonim sözlərdən istifadə etməyi bacarmalıdır. Bu məqsədlə antonimlər məntiqi vurğu ilə, nəzərə çarpacaq bir tərzdə tələffüz olunmalıdır.
Obrazlılıq yaradan, fikri, mətləbi məntiqi çalarlarla diqqətə çatdıran ifadə vasitələri kimi nitq mədəniyyətində, natiqlik sənətində frazeologizmlərin – idiom, ibarə, hikmətli söz, atalar sözü, zərbi-məsəl, metafora, metonimiya, sinekdoxa və sairənin də rolu böyükdür.
Dostları ilə paylaş: |