Mövzu №4. Avropa hüququnun nizamasalma predmeti və metodu. Avropa hüququnun subyektləri


Avropa İttifaqı Avropa hüququnun əsas subyektidir



Yüklə 23,04 Kb.
səhifə3/5
tarix22.06.2023
ölçüsü23,04 Kb.
#128361
1   2   3   4   5
movzu 4 avropa huquq - Copy

Avropa İttifaqı Avropa hüququnun əsas subyektidir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqının hüquqi təbiəti ilə bağlı elmi mübahisələr bugün də davam edir. Bu məsələ ilə bağlı müxtəlif konsepsiyalar vardır.

  1. Kvazidövlət konsepsiyasının tərəfdarları hesab edirlər ki, Avropa İttifaqı dövlətəoxşar beynəlxalq birlikdir. Belə ki, Avropa İttifaqı bir sıra cəhətinə görə dövlətə oxşayır:

  • dövlət kimi, Avropa İttifaqı hakimiyyət səlahiyyətinə malikdir;

  • dövlət kimi, Avropa İttifaqının öz ərazisi vardır – Avropa İttifaqının ərazisi dedikdə, onun tərkibinə daxil olan 28 üzv dövlətin milli ərazilərinin məcmusu başa düşülür;

  • dövlət kimi, Avropa İttifaqının öz əhalisi vardır – Avropa İttifaqının vətəndaşı olan şəxslər Avropa İttifaqının əhalisi hesab edilir. Hazırda Avropa İttifaqının əhalisi 500 milyondan çoxdur;

  • dövlət kimi, Avropa İttifaqı beynəlxalq münasibətlərdə iştirak edir;

  • dövlət kimi, Avropa İttifaqı vahid valyutaya malikdir. Belə ki, Avropa İttifaqının tərkibinə daxil olan dövlətlərin pul-valyuta dövriyyəsində vahid pul nişanı kimi “avro”dan istifadə olunur. 1999-cu il yanvarın 1-dən etibarən avro rəsmi surətdə Avropa İttifaqı ölkələrinin ərazisində nağdsız dövriyyəyə daxil edildi. 2002-ci il yanvarın 1-dən isə nağd formada ödəniş vasitəsi kimi Avropa İttifaqının 15 üzv dövlətindən 11-də avro istifadə olunmağa başlandı. 6 ay ərzində avro ilə paralel olaraq milli valyutalardan istifadə olunmasına icazə verilmişdi. Praktikada milli valyutalar 3 ay ərzində dövriyyədən çıxarıldı.

Qeyd etmək lazımdır ki, İttifaq ölkələrinin əksəriyyəti tərəfindən avronun vahid valyuta kimi qəbul edilməsinə baxmayaraq, hələ də 9 üzv dövlət öz milli valyutalarını istifadə edir (Bolqarıstan – lev; Macarıstan – forint; Danimarka – kron; Polşa – zlotı; Rumıniya – ley; Böyük Britaniya – funt sterlinq; Xorvatiya – kuna; Çexiya – kron; İsveç – kron). Hazırda Avropa İttifaqının 19 üzv dövlətində avro vahid valyuta kimi istifadə olunur.

  • dövlət kimi, Avropa İttifaqı idarəetmə aparatına (mexanizmə) malikdir – Avropa İttifaqı orqanlar sisteminə malik olan qurumdur. Həmin orqanlar öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlar qəbul edir və bu aktların icrası Avropa hüququnun subyektləri üçün məcburi xarakter daşıyır.

  • dövlət kimi, Avropa İttifaqı vahid büdcəyə malikdir – Avropa İttifaqının büdcəsi üzv dövlətlərin verdikləri üzvlük haqqı hesabına deyil, özünün vəsaitləri hesabına formalaşır.

  • dövlət kimi, Avropa İttifaqı öz hüquq sisteminə malikdir – Avropa İttifaqının xüsusi xarakterə malik müstəqil hüquq sistemi vardır.

Lakin bütün bu əlamətlərin olmasına baxmayaraq Avropa İttifaqı dövlətəoxşar qurum sayılmır.

  1. Federalizm konsepsiyasına görə, Avropa İttifaqı federativ dövlətə, bəzən isə konfederativ dövlətə bənzədilir. Lakin Avropa İttifaqı beynəlxalq-hüquqi mənada nə federasiya, nəd ə konfederasiya hesab edilmir.

  2. Beynəlxalq təşkilat konsepsiyasına görə, Avropa İttifaqı beynəlxalq (dövlətlərarası) təşkilatdır. Lakin, hüquq və səlahiyyətlərinin həcmi, fəaliyyət və funksiyasını yerinə yetirmə üsulu, habelə qarşısında duran məsələləri həll etmək qaydası baxımından avropa İttifaqı beynəlxalq təşkilat hesab edilmir.

Beləliklə, Avropa İttifaqı dünyada analoqu olmayan unikal, spesifik hakimiyyət xarakterli mürəkkəb beynəlxalq-hüquqi inteqrasiya birliyidir. Avropa İttifaqının hüquq subyektliyi 2 cür müəyyən olunur:

  • daxili hüquq subyektliyi – Avropa İttifaqının öz daxilində yaranan münasibətlərdə iştirak etmək qabiliyyətidir. Buna səbəb Avropa İttifaqının hüquqi şəxs statusu ilə təmin edilməsidir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqının yaradılması barədə 1992-ci il Maastrixt müqaviləsində, habelə 1997-ci il Amsterdam müqaviləsində Avropa İttifaqının hüquqi şəxs statusu nəzərdə tutulmamışdı. 2007-ci il Lissabon müqaviləsində Avropa İttifaqı digər Avropa birlikləri ləğv edildikdən sonra hüquqi varsi elan edildi və bununla da hüquqi şəxs statusu əldə etdi. Avropa İttifaqı hüquqi şəxs kimi instutisional sturuktura malikdir. Eləcə də, hüquqi şəxs kimi ayrıca əmlaka, maddi resurs bazasına malikdir. Avropa İttifaqı öz adından müstəqil surətdə mülki dövriyyədə çıxış edə, habelə məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak edə bilər.

  • beynəlxalq hüquq subyektliyi – Avropa İttifaqının beynəlxalq hüquqla tənzimlənən ictimai münasibətlərin iştirakçısı olmaq qabiliyyətidir. Avropa İttifaqı beynəlxalq hüquq subyekti kimi beynəlxalq danışıqlar aparır, eləcə də, üçüncü dövlətlərlə, həm də beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələr bağlayır, habelə özü tərəf kimi çoxtərəfli beynəlxalq müqavilələrdə iştirak edir. Məsələn, Avropa İttifaqı kollektiv üzv kimi 1950-ci il avropa Konvensiyasına qoşulmuşdur. Avropa İttifaqı beynəlxalq təşkilatların işində iştirak edir. Məsələn, Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatının, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür. Qeyd etmək lazımdır ki, Avropa İttifaqının beynəlxalq hüquq subyektliyi məhdud xarakter daşıyır, çünki o, yalnız öz məqsədinə nail olmaq üçün zəruri beynəlxalq hüquqlara malik ola və müvafiq vəzifələr daşıya bilər.


Yüklə 23,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin