Mövzu №4. Avropa hüququnun nizamasalma predmeti və metodu. Avropa hüququnun subyektləri


Avropa hüququnun ikinci qrup subyektləri üzv dövlətlərdir



Yüklə 23,04 Kb.
səhifə4/5
tarix22.06.2023
ölçüsü23,04 Kb.
#128361
1   2   3   4   5
movzu 4 avropa huquq - Copy

Avropa hüququnun ikinci qrup subyektləri üzv dövlətlərdir. İttifaqa daxil olan suveren dövlətlərin hər biri malik olduqları hüquqların bir hissəsini könüllü olaraq İttifaqa həvalə etmişdir. Səlahiyyətlərin verilməsi qaydası ümumi məqsəd və vəzifələrin həllində Avropa İttifaqına kömək etmək məqsədilə müəyyən edilmişdir.
Avropa İttifaqına daxil olmaq istəyən dövlətlərin milli parlamentləri ilk növbədə Avropa Parlamentinə xahişnamə göndərir. Üzvlükdən çıxmaq barədə təsis sənədlərində heç nə deyilmir. 2004-cü il Avropa İttifaqı Konstitusiyası layihəsinə isə İttifaqdan konüllü çıxmaq haqqında maddə daxil edilmişdi. Bu maddəyə əsasən, hər hansı bir dövlətin İttifaqdan çıxması barədə Avropa İttifaqı Şurası məlumatlandırılır və iki il ərzində müvafiq prosedurlar həyata keçirilir.
Avropa İttifaqına üzvlüyün prosedur qaydaları müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, Avropa Parlamentinin razılığı olmadan Avropa Soveti bu barədə qərar qəbul etmək səlahiyyətinə malik deyil. Qərar Avropa Soveti tərəfindən yekdilliklə qəbul edilməlidir. Üzvlüyə qəbul edilən dövlətlə artıq üzv olan dövlətlər arasında İttifaqa daxil olmaq barədə xüsusi müqavilə imzalanmalı və bu müqavilə bütün dövlətlər tərəfindən ratifikasiya olunmalıdır.
Tam üzvlərlə yanaşı Avropa İttifaqına assosiativ üzvlər də qəbul edilir. Assosiativ üzvlük tam üzvlüyə keçmək üçün keçid dövrü sayılır. Assosiativ üzvlük razılaşma əsasında həyata keçirilir. Razılaşma bağlayan tərəf İttifaqın bütün üzv dövlətlərilə, o cümlədən ayrıca Avropa İttifaqı ilə müqavilə imzalayır. Sonradan bu razılaşma İttifaqa üzv dövlətlər tərəfindən ratifikasiya olunur.
Assosiativ üzvlük haqqında razılaşmanın bir sıra mühüm cəhətləri vardır:

  1. Assosiativ razılaşmada iqtisadi və siyasi əməkdaşlıq ön plana çəkilir.

  2. Assosiativ üzvlük Avropa İttifaqına aparan yolun əhəmiyyətli keçid mərhələsi hesab olunur. Bu razılaşmada dövlətin bərabərhüquqlu üzv kimi Avropa İttifaqına qoşulmaq məqsədi, qarşıya qoyulmuş məqsədlər və bu məqsədlərə çatmaq üçün həyata keçirilməli olan tədbirlər planı, tərəflərin bir-birinə göstərdiyi yardımın mahiyyəti açıqlanır. Razılaşmada assosiativ üzvlüyün müddəti öz əksini tapır (məs., Çexoslovakiya ilə bağlanmış razılaşmada müddət 10 il nəzərdə tutulmuşdu. Macarıstanla bağlanmış razılaşma da isə müddət nəzərdə tutulmamışdı). Razılaşmada assosiativ üzvlüyün müddətinin nəzərdə tutulmaması və ya nəzərdə tutulan müddətin bitməsi avtomatik tam hüquqlu üzv olmaq demək deyil.

  3. Assosiativ üzv dövlət öz milli qanunvericiliyini Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırmaq öhdəliyi daşıyır.


Yüklə 23,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin