Mövzu №4. Avropa hüququnun nizamasalma predmeti və metodu. Avropa hüququnun subyektləri


Avropa hüququnun üçüncü qrup subyektləri



Yüklə 23,04 Kb.
səhifə5/5
tarix22.06.2023
ölçüsü23,04 Kb.
#128361
1   2   3   4   5
movzu 4 avropa huquq - Copy

Avropa hüququnun üçüncü qrup subyektləri Avropa İttifaqının orqanları sayılır. Hər bir orqan barədə ayrıca mövzuda məlumat veriləcəyindən bu mövzuda ətraflı danışmağa ehtiyac yoxdur.
Avropa hüququn dördüncü qrup subyektləri Avropa İttifaqına üzv dövlətlərin fiziki və hüquqi şəxsləridir. Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları ikiqat vətəndaşlığa malik olan şəxslərdir. Belə ki, onlar həm öz milli vətəndaşlıqlarını, həm də Avropa İttifaqının vətəndaşlığını daşıyırlar. Avropa İttifaqının vətəndaşı olan şəxslər Avropa hüququnun tamhüquqlu subyekti sayılırlar və onlar Avropa hüquq normalarının nəzərdə tutduğu hüquq və imtiyazlardan istifadə edir, eləcə də müvafiq vəzifələr və öhdəliklər daşıyırlar. Qeyd etməliyik ki, Avropa İttifaqı ərazisindəki əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də Avropa hüququnun subyekti sayılırlar, lakin onlar tamhüquqlu subyektlər kimi əlavə güzəşt və üstünlüklərdən istifadə etmirlər. Lakin onlar Avropa İttifaqı ərazisində olduqlarına görə, Avropa hüquq normalrına əməl etməli və hüquq normalarının tələblərini pozmamalıdırlar.


Yüklə 23,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin