Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində dövlət imtahanın “Dilçiliyə giriş” fənni üzrə sualları
Mövzu 1: “Dilçiliyə giriş” fənninin obyekt və predmeti, məqsəd və vəzifələri, əsas tədqiqat metodları (müqayisəli, tipoloji deksriptiv, distributuv və s.) və başqa elmlərlə əlaqəsi
Mövzu 2: Dilin mənşəyinə dair nəzəriyyələr: İlahi, bioloji və sosioloji nəzəriyyələr. Dilin tərifi və onun əsas əlamətləri. Dilin diatopik/sintopik, diafatik/sinfatik, diastratik/sinstratik üzvlənməsi
Mövzu 3: Qədim dilçilik məktəbləri: hind, yunan və ərəb. İntibah dövründə dilçilik. Müqayisəli-tarixi metodun kəşf edilməsi və inkişaf mərhələləri - müqayisəli-tarixi dilçilik (I dövr), fəlsəfi dilçilik (V.fon Humboldt), naturalizm məktəbi (A.Şlayxer), psixologi dilçilik (H.Ştayntal), Gənc qrammatiklər məktəbi (II dövr); Sosioloji dilçilik məktəbi (F. de Sössür), “Sözlər və şeylər” məktəbi, neolinqvistika, Linqvistik estetizm (III dövr).
Mövzu 4: Dil işarələr sistemi kimi. Dil işarələrinin səciyyəvi xüsusiyyətləri. Semiotika və onun aspektləri – sintaktika, semantika, praqmatika.
Mövzu 5: İ.A.Boduen de Kurtene və F.de Sössürün dilçilik təlim
Mövzu 6: Dilin səviyyələri və səviyyələrarası əlaqələr
Mövzu 7: Fonetika və fonologiya. Fonetikanın növləri: artikulyator, akustik və perseptiv. Fonologiya fonetikanın tərkib hissəsi kimi. Fonem nəzəriyyəsinin tarixinə dair. Transkripsiya və transliterasiya.
Mövzu 8: Morfemika və morfem nəzəriyyəsi. Morfemlərin növləri: kök (avtosemantik) və affikslər (sinsemantik). Morfonologiya.
Mövzu 9: Leksematika və söz təlimi: omonimlik, sinonimiya və çoxmənalılıq. Dilin lüğət tərkibi və onun zənginləşməsi yolları. Frazeologiya. Sabit və sərbəst söz birləşmələri. Frazemlər və onun növləri: frazeoloji birləşmələr, frazeoloji uyuşmalar, frazeoloji qovuşmalar. Leksikoqrafiya lüğətçilik haqqında elm kimi. Əsas lüğət növləri.
Mövzu 10: Sintaksis. Sintaktik konstruksiyalar və sintaktik əlaqələr. Söz birləşməsi və cümlə. Cümlə dil və nitq vahidi kimi. Cümlənin konstruktiv əsası. Cümlənin aktual üzvlənməsi. Sintaqm və cümlənin sintaqmatik üzvlənməsi. Prosodiya və intonasiya
Mövzu 11: Mətn dilçiliyi. Mətn-diskurs münasibətləri.
Mövzu 12: Dillərin təsnifatı: areal və funksional, geneoloji (dil ailəsi anlayışı), morfoloji (dil tipi anlayışı) və sintaktik. Dillərarası əlaqələr. Linqvistik tipoligiya: dil universalilər.
Ümumi dilçilik kafedrasının müdiri f.e.d., prof. A.Y.Məmmədov
Dostları ilə paylaş: |