MÖVZU 5:Qan dövranına təsir edən tədbirlər.
Qan dövranına təsir tədbirləri bəzən vaxtında istifadə edildikdə, xəstəliyin
gedişinə müsbət təsir edir.
BANKA VƏ ONUN İSTİFADƏSİ—yayındırıcı vasitədir. Təsir mexanizmi
dəriyə qoyulan zaman daxilində mənfi təzyiq yaranır nəticədə dəri bankanın
içərisinə sorulur, qan həmin nahiyəyə yığılır, qan damarları genişlənir və cırılır,
nöqtəvari qan sızmalar yaranır, bir biri ilə birləşir böyük ocaqlar əmələ gətirir,
sonra isə sorulur. Sorulma məhsullarının qana sorulması qanyaradıcı orqanları
stimulə edir. Adətən ağ ciyər və bronxlarda iltihabi və durğunluq əlamətləri
olduqda, əzələlərdə, sinir kötüklərində ağrılı proseslərdə istifadə edilir. Əks—
göstəriş; dəri xəstəlikləri və qanaxmalar.
Bundan başqa müalicəvi aə diaqnostik məqsədlə də istifadə edilir. Bu məqsədlə
kürəkarası və büzdüm nahiyələrinə qoyulur. Əvvəlcə, dəri
dezinfeksiyaedici məhlulla silinir, lazımi yerlərdə xırda və səthi kəsiklər edilir
və adi qayda ilə qoyulur. 5 dəq.dən artıq saxlanmır. Bu müddət ərzində hər
bankaya 20—30 ml qan yığılır, bankalar özü qopub düşür, həmin sahə təmiz
silinir, steril salfetkalar qoyulur.
XARDAL YAXMALARI. Yerli olaraq qan və limfanın çox axıb toplanması
məqsədilə işlədilir. Göstəriş olduqda, döş qəfəsi nahiyəsinə və ənsəyə qoyulur.
ZƏLİ və ondan istifadə qan dövranına təsir tədbirlərindəndir. Adətən, güclü baş
ağrıları ilə keçən hipertoniya xəstəliyində, baş gicəllənməsində,
insultönü vəziyyətlərdə istifadə olunur, bundan başqa, tromboflebitlərdə,
hemorroyda və bir sıra digər xəstəliklərdə istifadə olunur.
QURU VƏ YAŞ İSTİNİN TƏTBİQİ: titrətmədə, güclü soyuqdəymədə ümumi quru
istidən istifadə olunur. Bu zaman xəstəni isidilmiş quru ideyalarla bürüyürlər, və
qaynar isidicilər üzərinə qoyulur, aspirin verilir. 2-3 saatdan sonra paltarlarını
dəyişdirib, qurusu ilə əvəz edirlər. Bu məqsədlə quru hava vannalarında da
istifadə olunur. Bu qurğu üzərində elektrik lampaları olan yarı silindrlərdən
ibarətdir, hündürlüyü isə 75—100 sm olur. Xəstənin boynunu quru dəsmalla
örtürlər, başına soyuq kompres qoyulur xəstənin üzərində quraşdırılır. Belə
vannalardan 15—30 dəq istifadə olunur.
Nəm istinin tətbiqi böyrək xəstəliklərində, tərləməni artırmaq məqsədilə, bir
sıra sinir xəstəliklərində, yuxusuzluqda istifadə edilir.
İSİDİCİ KOMPRESS—adətən, yerli olaraq qan toplaqması məqsədilə, əzələ
gərginliyini aradan götürmək məqsədilə, iltihabi infiltratları sorulması, ağrıların
azalması üçün istifadə edilir. 12 saata qədər saxlanır, bədənin hər hansı
nahiyəsinə istifadə olunur.
Texnikası; bir neçə qat tənzif və ya material otaq t-da suda isladılır, sıxılır, xəstə
nahiyəyə qoyulur, sonra üzərinə su keçirməyən material örtülür, üzərindən də
istiliyi saxlamaq üçün material qoyulur və bintlə sarınır. Bəzən su əvəzinə
spirtdən də istifadə olunur.
SOYUQ PROSEDURALARININ İSTİFADƏSİ: yerli məqsədlə qan damarlarının
daralması və orqan və ya hər hansı nahiyənin qandolğunluğunu azaltmaq üçün
istifadə edilir (əzilmələrdə, daxili qanaxmalarda və s.).
Hirudoterapiya-qədim vaxtlardan başlayaraq insanlar zəlinin köməyi ilə müxtəlif
xəstəlikləri müalicə edirdilər. Müasir vaxtlarda da bu müalicə üsulundan uğurla
istifadə olunur.
Zəlinin kompleks müalicə effekti vardır. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri
(ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s.) müalicə
etmək mümkündür. Hirudoterapiya insult və infarkt xəstəliklərinin ən yaxşı
profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu
müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin də (trofik
xoralar, psoriaz, ekzema, sklerodermiya və s.) müalicəsində zəli ən təsirli tibbi
"vasitədir". Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin sekreti
(şirəsi) dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir.
Seans zamanı həkim zəlini xüsusi şüşə borucuğuna yerləşdirir və insan
bədəninin müxtəlif yerlərinə (xəstəlikdən asılıdır) qoyulur. Seansın əvvəlində
insan yüngül yandırma hiss edə bilər. 1 seans zamanı 1və ya bir neçə zəli
istifadə oluna bilər. Zəli yalnız bir neçə ml qan (təxminən 15 ml kimi) sora bilər.
Doyunca sorduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini
spirt və ya yod məhlulunda isladılmış tamponla götürür. Zəli qanı sorarkən öncə
bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Seans zamanı zəli
müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret
(şirə) ifraz edirki, bu sekret insanın qanına düşür və insan orqanizminin bütün
orqan və sistemlərinə çox müsbət təsir edir. Hirudin qanın laxtalanmasının
qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və
orqanizmdəki iltihab prosesini aradan götürür və yüksək təzyiqi aşağı salır.
Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri islatmaq və qaşımaq olmaz. Zəli
yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmaların sanın səhhəti
üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir. Onkoloji xəstəliyi,
anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları
olan insanlar hidroterapiyadan istifadə edə bilməz.
Hirudoterapiya, əsasən, 3 təsir göstərir: mexaniki, bioloji və refleksogen.
Mexaniki təsir-dəridə qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və
tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər
hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.
Bioloji təsir-zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri
ilə bağlıdır. O,kifayət qədər mürəkkəb tərkibə(200-ə yaxın fermentlər) malikdir.
Reflektor təsir-refleksoterapiya ilə, demək olar ki, eynidir. Son zamanlar
mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələri
qoymağı daha məqsədəuyğun hesab edirlər.
Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında,
ürəyim qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi
pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə
və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.
Dostları ilə paylaş: |