Mövzu 9: İnklüziv təhsil müəssisəsinin əməkdaşlıq strategiyaları Plan: İnklüziv təhsildə əməkdaşlıq



Yüklə 26,08 Kb.
tarix09.12.2023
ölçüsü26,08 Kb.
#138667
İnklüziv mühazirə-9


Mövzu 9: İnklüziv təhsil müəssisəsinin əməkdaşlıq strategiyaları
Plan: 1. İnklüziv təhsildə əməkdaşlıq.
2. Valideynlər və icmanın əməkdaşlığının qurulmasının yol və vasitələri.

İnklüziv təhsildə əməkdaşlıq:Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayından etibarən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi əsasında ilk olaraq 14 bölgədə yerləşən ümumi təhsil müəssisələrinin bazasında 95 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb.
İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası – sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf izlənilir. İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasi təsdiq edilmişdir. Burada qeyd edilir ki, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.


Ailə tipli təlim qruplarında məktəbəqədər təhsilin təşkili

  • Ailə tipli təlim qrupları çox uşaqlı ailədə 1,5 yaşdan 6 yaşadək 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir.

  • Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir.

  • Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00-dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.



İcma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkili
İcma əsaslı təlim qrupları 1-3 və ya 3-6 yaşlı uşaqlar üçün təşkil olunur.

  • İcma əsaslı təlim qrupları aşağıdakı binalarda təşkil edilə bilər:

fəaliyyət göstərməyən hər hansı təhsil müəssisəsində; ümumi təhsil müəssisəsində; yaradıcılıq və inkişaf mərkəzində; dövlət mülkiyyətində olan binalarda; bələdiyyə və xüsusi mülkiyyətdə olan binalarda.


İcma əsaslı təlim qruplarında işləyən pedaqoji kadrlar



  • İcma əsaslı təlim qruplarında işləmək üçün müvafiq təhsili olan müəllim-tərbiyəçilər və ya kadr çatışmazlığı olduğu halda, icma üzvləri tərəfindən qayğıkeş, məsuliyyətli valideynlər (digər qanuni nümayəndələr) tövsiyə edilir.

  • İcma əsaslı təlim qruplarında pedaqoji işin təşkili və ona nəzarət yerli təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.


Uşaq və ailə dəstək planı nədir?
Uşaq və ailə dəstək planı inklüziv məktəblərdə əsas maraqlı tərəflərə uşaqlar haqqında məlumat toplamaq, bu məlumatlar əsasında təlim hədəflərini müəyyən etmək və bu təlim hədəflərinə çatmaq üçün lazım olan dəstək və vasitələri planlaşdırmağa kömək etmək üçün bir vasitədir. Uşaq və ailə dəstək planları əlilliyin sosial -hüquqi modeli zəminində hazırlanır. Bu o deməkdir ki, əsas diqqət iştirak çətinlikləri, habelə məktəb icmasından başlıca maraqlı tərəflərin uşaqların üzləşdiyi bu çətinlikləri aradan qaldırmaq üçün nələr edə biləcəyinə istiqamətlənir.
Uşaq və ailə dəstək planı necə hazırlanmalıdır?
Plan uşaqla məktəbdə məşğul olacaq əsas şəxslərin (məsələn, müəllimlər, xüsusi profilli pedaqoqlar, psixoloq və məsləhətçilər, terapevtlər və s.), eləcə də ailə və mümkün olan zaman uşağın özü ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hazırlanmalıdır. Hətta yaşı az olan uşaqların belə güclü tərəfləri,maraqları,əlavə dəstək və ya resurslara ehtiyacları ola biləcək sahələri müəyyən edilməlidir.
Uşaq ailədə həm fiziki, həm də sosial cəhətdən inkişaf edir. Ailə, uşağın təliminə və inkişafına cəlb olunan ilk müdafiə mühitidir. İnklüziv komponentli qruplarda çalışan müəllim və müəllim köməkçiləri mütləq ailələrlə işləmə vərdişlərinə malik olmalıdır.
Suallar:

  1. Ailə tipli təlim qruplarında məktəbəqədər təhsilin təşkili necə aparılır?

  2. İcma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkili necə aparılır?

  3. İcma əsaslı təlim qruplarında hansı pedaqoji kadrlar işləyir?


Ədəbiyyat:
1. “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu materialı. Avropa İttifaqı, Azərbaycan Təhsil Nazirliyi, UNİCEF, Regional İnkişaf İctimai Birliyi. 2019.
2. İnklüziv siniflərdə təlimin təşkili. TİPİİ. Oxu materialı .Bakı – 2018
3. İnklüziv TƏHSİL Sinifdə müxtəlifliyin dəstəklənməsi üçün təcrübi təlimatlar. Tim Loreman, Coan Deppeler və David Harvey. (Tərcümə- Regional İnkişaf İctimai Birliyi) 2020.
Yüklə 26,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin