Mövzu: azərbaycan sahibkarliğin iNKİŞafinin xüsusiYYƏTLƏRİ


Sahibkarlığın inkişafı sahəsində aparılmış islahatlar lisenziyalar və icazələr



Yüklə 283,73 Kb.
səhifə3/7
tarix31.12.2021
ölçüsü283,73 Kb.
#112492
1   2   3   4   5   6   7
Sənəd (3)

Sahibkarlığın inkişafı sahəsində aparılmış islahatlar lisenziyalar və icazələr

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci ilin 2 noyabr tarixindən başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2016-cı il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni verilən lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

Eyni zamanda 15 mart 2016-cı il tarixində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2016-cı il iyunun 1-dən qüvvəyə minmişdir. Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin dairəsi dəqiq müəyyən edilmiş, onların sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir. Bundan başqa Qanunda “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən lisenziya və icazə məsələləri üzrə sahibkarlara qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “susmaqla razılıq” və “bir pəncərə” prinsiplərinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.



14 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilməsi barədə 21 yanvar 2017-ci il tarixli 1205 nömrəli Fərmanına uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilmişdir.

Turizm

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 1 iyun 2016-cı il tarixli 923 nömrəli Fərman imzalanmış və 20 oktyabr 2016-cı il tarixli 1082 nömrəli Fərmanla “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq edilmişdir.2016-cı ilin 14 iyun tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və 29 noyabr tarixində “Turizm haqqında” Qanununda edilmiş dəyişikliklərə əsasən “ASAN Viza” sisteminin tətbiqinə başlanmış, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma müddəti 30 günədək olmaqla elektron viza almaq imkanı yaradılmışdır.Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2295 nömrəli Sərəncamında ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəşt və təşviqlərin, o cümlədən vergi güzəştlərinin, həmçinin turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərin hazırlanması, Turizm Reyestrinin və informasiya saytının yaradılması, turizm sahəsində yerli sahibkarlar tərəfindəntəqdim olunan investisiya layihələrinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planının təsdiq olunması və s. Tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2296 nömrəli Sərəncamı ilə ölkədə turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə 800.0 min, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400.0 min, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400.0 min manat vəsait ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanı ilə Turizm Şurası, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin yanında ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2297 nömrəli Sərəncamı ilə hər il sentyabrın 27-si “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2017-ci il tarixli 2784 nömrəli Sərəncamı ilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Ölkəyə turist axınının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli 2677 nömrəli Sərəncam imzalanmış, aidiyyəti qurumlara bir sıra tapşırıqlar müəyyən olunmuşdur Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır.


Yüklə 283,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin