Mövzu: azərbaycan sahibkarliğin iNKİŞafinin xüsusiYYƏTLƏRİ


Maliyyə vəsaitlərinə çıxış imkanları



Yüklə 283,73 Kb.
səhifə5/7
tarix31.12.2021
ölçüsü283,73 Kb.
#112492
1   2   3   4   5   6   7
Sənəd (3)

Maliyyə vəsaitlərinə çıxış imkanları

Fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsi məqsədilə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən kredit bürosu dövlət qeydiyyatına alınmış və Qanunda nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsdir. Qanunda kredit tarixçələri, onların formalaşdırılması və istifadəsi ilə bağlı tələblər, subyektlərinin hüquqları, kredit bürolarının yaradılması, yenidən təşkili, ləğvi, fəaliyyəti və tənzimlənməsi sahəsində müddəalar nəzərdə tutulur. Artıq ölkəmizdə ilk kredit bürosu yaradılmışdır.

Öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu qəbul edilmiş və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1420 nömrəli Fərmanı imzalanmışdır.

Ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır.




Yüklə 283,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin