Mövzu bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsstrreplN



Yüklə 19,65 Kb.
tarix11.11.2022
ölçüsü19,65 Kb.
#119280
2. Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsi


MÖVZU 2.
Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası fənni, onun başqa elmlərlə əlaqəsi
P L A N:

  1. Gənclərin Respublika forumunda Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafı barədə tövsiyyələri.

  2. Bədən tərbiyəsinin nəzəriyyəsi xüsusi bilik və bacarıqlara yiyələndirir.

  3. Bədən tərbiyəsinin metodoloji kökləri dialektik inkişaf qanunlarıdır.

  4. Ulu öndər Heydər Əliyevin idmançıların medal və or- denlə təltifləri və idman fondunun yaranması barədə fərmanları.

Ə D Ə B İ Y Y A T
1. Əlibəy Tağıyev, Ağamirzə Şirinov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” Bakı, 1996
2. H.H.Qurbanov., A.Y.Əsgərov., A.X.Ramazanov. “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”. “Avropa”nəşriyyatı. Bakı-2006
3. F.M.Həsənov., İ.M.Namazov.,İ.M. Əsgərov “ Bədən tərbioyəsinin tədrisi metodikası “ Gəncə - 2002.
1.Ulu öndər Heydər Əliyev cənabları Azərbaycan gənclərinin Respublika Forumunda sağlam nəslin tərbiyəsində bədən tərbiyəsi və idmanı ön plana çəkməklə, bu sahədə kütləviliyə nail olmağı, idman təşkilatları və elm ocaqları qarşısında bir vəzifə kimi qoymuşdur.
Ulu öndər Heydər Əliyev cənablarının bu tövsiyyələrinin həlli əhalinin geniş ketləsini öz ətrafında birləşdirən və böyük idman ənənələrinin reallaşdırılmasına yeni yollar göstərmiş, ictimai istehsalın effektliyini, xalq təsərrüfatının bütün sahələrində iş keyfiyyəti və əmək məhsuldarlığının yüksəldilməsi məsələləri xüsusi olaraq nəzərə çatdırılmışdır.
Bədən tərbiyəsi və idman əhalinin hərtərəfli inkişafında, sağlamlıqlarının möhkəmləndirilməsində,sağlam həyat tərzinin formalaşdırılmasında misilsiz rol oynayır. Respublikamızda yeniyetmələr və gənclərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması bədən tərbiyə dərslərinin keçirilməsi,gündəlik həyat tərzinə çevrilmişdir.
2.Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası bir fənn kimi, mütəxəssisləri gələcək təcrübədə, işdə vacib olan xüsusi bilik və bacarıqlara yiyələndirir.
Onun əmələ gəlməsində insanların yüksək fiziki hazırlığın labüdlüyü və bu labüdlüyün cəmiyyət tərəfindən başa düşülməsinə təkan verilmişdir. Bununla əlaqədar insanlar fiziki tərbiyənin inkişaf qanunlarını öyrənərək bu tərbiyəni lazımi mühitə istiqamətləndirmək istəyirlər.
Təcrübənin inkişafı ilə əlaqədar xüsusi fənlər əmələ gəlmişdir ki, bunları iki yerə bölmək olar:
1 - Humanitar xarakterli fənlər. Bunlar fiziki tərbiyənin müxtəlif imkanlarını öyrənir: (pedaqogika,fiziki tərbiyənin tarixi və təşkili, idman psixologiyası və s.)
2 - Bioloji xarakterli fənlər. Bu fənlər orqanizmin funksional inkişaf qanunlarını öyrənir (dinamik anatomiya, fiziologiya, biokimya və fiziki hərəkətlərin biomexanikası).
Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kursunun əsas məqsədlərindən biri odur ki, gələcək mütəxəssisə başğa elmlərdən aldığı bilikləri cəmləşdirib öz işində praktiki olaraq istifadə etmək bacarığını verməkdir.
Kursun fəsillərini öyrənərkən məzunların gələcəkdə işlədiyi yerlər nəzərə alınır. Ona görə də fəsillər məktəəbəqədər və məktəbyaşlı uşaqlara tətbiq edilir.Mövzuları öyrənərkən şagirdlər və müəllim dərs qarşısında qoyulan məqsədlərini nəzəri materiallarla əsaslandırmalıdırlar.
Gənc müəllimlər məktəbdə “ Bədən tərbiyəsi” fənninin vacibliyini sübut etmək üçün hazırlıqlı olmalıdırlar, onlar məktəblilər, başqa fənn müəllimləri, valideynlər arasında təbliğat aparmalıdırlar.
Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kursunu öyrənərkən müəllimlərə öz fənninə qarşı həmişə nəzəri cəhətdən biliyini artırmaq və bu bilikləri praktikada daha məzmunlu uşaqlara çatdırmaq arzusunu aşılamaq lazımdır.
Nəzəriyyənin bölmələrini öyrənərkən hər mövzunun bir-biri ilə sıx olduğunu və bu mövzuların gələcək iş üçün nə dərəcədə lazımlı olduğunu göstərmək çox vacibdir.Tələbələr elmi ən təzə nailiyyətləri ilə tanış olmaları müntəzəm xarakterli olmalıdır ki, uşaqların yaş xüsusiyyətlərini yaxşı bilsinlər.
Bədən tərbiyəsi – tərbiyə sisteminin ayrılmaz və ən vacib hissələrindən biridir. Bu da bədən tərbiyəsi müəlliminin şəxsiyyətində xüsusi tələblər irəli sürür. Bədən tərbiyəsi müəllimi gələcəkdə idmançı hazırlaya biləcək şəxsiyyət kimi öyrədilməlidir.
Bədən tərbiyəsinin nəzəriyyəsi bu fənlərin yığdığı məlumatları ümumiləşdirib fiziki tərbiyənin inkişaf qanunları ilə məşğul olur.
Deməli, bədən tərbiyəsinin nəzəriyyəsi pedaqoji proses kimi fiziki tərbiyənin ümumi inkişafını öyrənir:
Bədən tərbiyəsi metodikasının pedaqoji obyekti, fiziki tərbiyənin xüsusi inkişaf qanunlarını öyrənərək, gələcək mütəxəssislərə pedaqoji məsləhətlər şəklində çatdırır. Qeyd etmək lazımdır ki, bədən tərbiyəsinin metodikası ümumi metodlarla bərabər xüsusi metodları, yəni ancaq fiziki tərbiyəyə xas olan metodları aşılayır və araşdırır. Belə bir sıx əlaqə, yəni nəzəriyyə və metodika fənninə bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası adı verilir.
3.Bədən tərbiyəsinin metodoloji kökləri dialektik inkişaf qanunlarıdır. Buda mütəxəssislərin praktiki işlərindəı necə fəaliyyət göstərmələrini araşdırmaqla, qabaqcıl metodları axtarıb tapmaqda və onlardan istifadə etməkdə kömək edir.
Nəzəriyyənin və metodikanın ümumi pedaqoji qanunlarla sıx əlaqəsi tərbiyəvi qanunlara əsaslanır.
Bədən tərbiyəsində, pedaqogikanın və psixologiyanın nailiyyətlərindən geniş sürətdə istifadə olunur.
Bədən tərbiyəsi prosesini səmərəli sürətdə o vaxt idarə etmək olar ki, bu prosesdə əlaqəli fənlərdən düzgün istifadə edilsin. Eyni zamanda bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası əlaqədar fənlərə öz təsirini göstərərək onlara insan orqanizminin nəyə malik olduğunu dəlillərlə sübut edir.
Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası aşağıdakı sualları əhatə edir: 1) Fiziki tərbiyə ictimai fikir kimi; 2) Xalq təhsilinin müxtəlif tərəfləri ilə sıx əlaqəsi; ümumi məqsədlər və prinsipləri olmasında fiziki tərbiyəyə təsiri.
4.Ulu öndər Heydər Əliyev tərəfindən idmançıların böyük bir yığıncağı.1995-ci il 5 mart.Həmin yığıncaqda idman fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti böyük fərman vermişdir.
Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliq edilməsi və bədən tərbiyəsinin maddi – texniki bazasının inkişaf etdirilməsi, bu sahəyə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxması üçün real zəmin yaratmaq zərurətini nəzərə alaraq qərara alıram :
1)Azərbaycan Respublikası Prezidenti yanında idman fondu yaradılsın
2) Azərbaycan Respublikası Prezidentinin fondundan müstəqil hal kimi idman fonduna 2 milyard manat məbləğində vəsait ayrılsın.
3) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, idman fondu əsasnaməsinin layihəsinin və idarə heyətinin tərkibi haqqında təklifləri 15 gün ərzində təqdim edilsin.
Sonra həmin yığıncaqda Ulu öndər Heydər Əliyev bir çox adlı-sanlı idmançılara fəxri adlar, orden və medallar təltif etdi.
İdmançıların təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı :
Azərbaycan idmanının inkişafında xidmətlərinə və beynəlxalq yarışlarda yüksək nailiyyətlərinə görə aşağıdakılar təltif edilsinlər :
“ Şöhrət ordeni “ ilə Hüseynov Nazim – Olimpiya çempionu – çü-do qzrə, “ Tərəqqi “ medalı ilə Abdullayev Namiq Avropa çempionu – Sərbəst güləş, Axundzadə Ağayar – cü-do güləşi üzrə məşqçi, Eyvazov Natiq – Yunan-Roma güləşi üzrə Avropa çempionu , Məmmədov Ceyhun - sambo güləşi üzrə məşqçi, Hüseynova Zülfiyyə Yusif qızı – Sambo güləşi üzrə - dünya çempionu.

Azərbaycan Respublikasının Prezidenti


Heydər Əliyev
Bakı şəhəri. 5 mart 1995-ci il.
Yüklə 19,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin