BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) – 1960-cı ildə xüsusi olaraq inkişaf etməkdə olan BYİB-nin üzv ölkələrinə güzəştli şərtlərlə kreditlər və istiqrazlar vermək məqsədilə yaradılmışdır. Assosiasiyanın 4 əsas maliyyə mənbəyi vardır:
- BYİB-nin mənfəəti;
- üzv ölkələrin üzvlük haqları;
- imkanlı üzv ölkələrin xüsusi üzvlük haqları;
- əvvəl verilmiş kreditlərin qaytarılması.
3 ildə bir dəfə kreditor ölkələr qrupu, hansı ki, 34 ölkəni özündə birləşdirir, Assosiasiyaya əlavə vəsaitlər cəlb etmək məqsədilə özlərinin səlahiyyətli nümayəndələrini bir yerə yığaraq məsləhətləşmələr keçirirlər.
Dostları ilə paylaş: |