Beynəlxalq kommersiya – iqtisadi münasibətlərin formalaşdırılması və bu münasibətlərdən doğan əməliyyatların həyata keçirilməsini təmin edir. Bu fəaliyyətin subyektləri aşağıdakı parametrləri təmin etməlidir:
- yüksək bilik səviyyəsinə malik olmalı, ölkənin elmi potensialından, xarici ticarət təşkilatlarından, onların potensialından bacarıqla istifadə etməli, xarici tərəfdaşlarla ticarət əməliyyatları sahəsində böyük səriştə və təcrübə olmalıdır;
- əsas və təminedici əməliyyatlara xüsusi diqqət yetirilməli və bu, kommersiya işinin bütün incəlikləri ilə əlaqələndirilməlidir;
- xarici firmalarla istehsal, ticarət-iqtisadi, elmi-texniki əlaqələrin inkişafından irəli gələn başlıca üstünlüklərdən səmərəli istifadə olunmalı;
- müxtəlif mallar və xidmətlər üzrə beynəlxalq kommersiya metodları və formaları hərtərəfli və bacarıqla tətbiq edilməlidir.
Dostları ilə paylaş: |