1.2. Beynəlxalq kommersiya əməliyyatları, onların mahiyyəti və məzmunu. Müasir kommersantın aktual vəzifəsi sahibkarlıq fəaliyyətinin lazımi səviyyədə həyata keçirilməsindən ibarətdir. Bu da özündə müxtəlif mülkiyyət formasına və təşkilati hüquqi formaya malik müəssisələrinin istehsal etdiyi məhsulların tədricən dövriyyəyə cəlb olunmasını, eyni zamanda, istehlakçıların tələblərinin maksimal ödənilməsi məqsədilə qəbul olunmuş sifarişlərin və müqavilələrin yerinə yetirilməsini, servis xidmətləri kompleksinin genişləndirilməsini nəzərdə tutur. Beynəlxalq kommersiya əməliyyatları mahiyyətinə görə 2 qrupa ayrılır: