a) Sənaye firmaları. Bu növ firmaların dövriyyəsinin 50 %-dən çoxu sənaye məhsulu istehsalının payına düşməlidir. Onların nəhəng təmərküzləşməsi və beynəlmiləşdirilməsi nəticəsində transmilli korporasiyalar, şirkətlər yaranır. Məsələn, “Koka–kola”, “Toyota”, “Mac Donalds” və s. göstərmək olar.
b) Ticarət firmaları. Bu tip firmalar əsasən alqısatqı ilə məşğul olurlar. Bundan əlavə başqa xidmətlər də onların funksiyalarına daxildir. Ticarət firması ya iri sənaye şirkətləri sistemini tərkibinə daxil olan struktur vahidi kimi, ya da müstəqil müəssisə kimi fəaliyyət göstərirlər. Ticarət firmaları həmçinin, ticarət-vasitəçi funksiyalarını da yerinə yetirə bilərlər.