ə) Sənaye - Maliyyə qrupu – hüquqi və təsərrüfat müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir. Məsələn,
-sənaye-maliyyə;
-ticarət-maliyyə;
-nəqliyyat- maliyyə.
4. Kapitalın mənbəyinə, mənsubiyyətinə görə firmalar.
Bunlar isə aşağıdakı kimi fərqləndirilir:
- milli müəssisələr;
- xarici müəssisələr;
- birgə müəssisələr.
1.5. Beynəlxalq kommersiya əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı.
Beynəlxalq kommersiyada kontragent dedikdə, malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflər başa düşülür. Dünya bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məqsəd və xarakterindən asılı olaraq onları dörd kateqoriyaya ayırmaq olar:
Dostları ilə paylaş: |