2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
Firmanın hüquqi mövqeyi öz ölkəsinin ticarət və mülki qanunları ilə müəyyən edilir. Beynəlxalq sövdələşmələrdə tərəfdaşlarla iş birliyi qurmazdan öncə onların statusu və iqtisadi-təsərrüfatçılıq hüquqları öyrənilməlidir.
Bütün firmalar hüquqi mövqeyinə görə 2 qrupa ayrılır:
- təkbaşına idarə olunan firma (buraya bir nəfərin mülkiyyəti əsasında yaranmış firmalar aiddir);
- sahibkarlıq birliyi firması (bu növ birliklər iki və daha çox sahibkarın yaratdığı hüquqi şəxslər formasında fəaliyyət göstərir. Birliyin təşkil olunmasında məqsəd sahibkarların kapitalını təmərküzləşdirməkdən və onların birgə, kollegial fəaliyyətinin təmin olunmasından ibarətdir.)
Sahibkarlar birliyi firmaları aşağıdakı növlərə ayrılır:
- Tam ortaqlıqlar.
- Kommandit ortaqlıqlar.
- Səhmdarlar birliyi. Bu cür birliklər səhmdar cəmiyyətləri kimi fəaliyyət göstərirlər. Səhmdar Cəmiyyətlər açıq və qapalı tiplərə malik olmaqla, qiymətli kağızların dövriyyəyə buraxılması ilə özlərinin nizamnamə kapitallarını artırır və ya formalaşdırırlar ki, bu da onların maliyyə- iqtisadi potensiallarının gücləndirilməsinə səbəb olur.
Bir sıra müəssisə və firmalar yaratdıqları ittifaqların xüsusiyyətləri və əlamətlərinə görə bir-birindən fərqlənirlər:
Dostları ilə paylaş: |