Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə11/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Tədqiqatın aktuallığı - seçilmiş mövzunun və ya problemin vacibliyini, əhəmiyyətliliyini fakt və dəlillərlə əsaslandırmaqdır.

Tədqiqatın fərziyyəsi - Fərziyyə ərəb sözü olub təxmini mülahizə, güman, ehtimal, zənn mənalarını bildi­rir. Fərziyyə bu və ya digər fakt və ya hadisənin aydınlaşdırılmasında, izahında elmi öngörümdür, proqnozdur, irəlidə nəzərdə tutulan elmi nəticədir.

Konsepsiya - tədqiqatın məqsəd və vəzifələri, həlli yollan müəyyənləşdirilərkən əsas fikir, ideya, elmi-nəzəri baxişlar sistemidir.

Kateqoriya - Tədqiq edilən predmetin əsas tərəflə­rini, daxili mahiyyətini əks etdirən məntiqi təfəkkür for­masıdır.

İdeya Müəyyən nəzəriyyələr, baxışlar, fikir və dü­şüncələr sistemidir.

Açar sözlər - Elmi əsərin və ya hər hansı bir elmi sənədin səciyyəvi cəhətlərini, məzmununu əks etdirən söz­lər və ya söz birləşməsidir.

Aprobasiya - latın (approbatio) sözü olub, bəyən­mək, təsdiq etmək deməkdir. Magistrant dissertasiyasını aprobasiyadan keçirir. Yəni bəyənmə, təsdiqləmə mərhə­ləsindən keçirir. Belə ki, Magistrantın dissertasiyasına ve­rilən müsbət rəylər, müzakirələrdə tədqiqatın bəyənilməsi, qənaətbəxş qiyməti, mövzu ilə bağlı məqalələrin çap edilməsi, konfranslarda çıxışları tədqiqatın aprobasiyası hasab olunur.

Annotasiya - Latın (annotatio) sözündən əmələ gəlmişdir. Dissertasiyanın, buraxılış işinin, yaxud bir ki­tabın, monoqrafiyanın çox yığcam, qisa xülasəsidir, məz­munudur. Məsələn, əlinizdə tutduğunuz metodik vəsaitin əvvəlində vəsaitin annotasiyası verilmişdir. Yəni vəsait nədən bəhs edir.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin