Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə2/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   2   3   4   5   6   7   8   9   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Fəaliyyət sahəsi kimi elm fundamental və tətbiqi hissələrə bölünür. Texniki elmlər bütövlükdə tətbiqi elmlərə aid edilir.

Texniki elmlərin tədqiqat obyekti insan tərəfindən yaradılan texniki obyektlər, texnologiyalar və onların xüsusiyyətləridir. Bununla belə rusdilli mühitdə texnologiya (lat. techne – ustalıq, bacarıq, mədəniyyət) dedikdə tətbiqi biliyin və ya texniki elmlərin texnikanı yaratmaq və tətbiq etmək ustalığı, daha dar mənada isə − texnikanın konkret yaradılma üsulunu və (və ya) tətbiqini sənəddə nəzərdə tutulmuş formada təsvir etmək başa düşülür. İngilisdilli leksikada texnologiya texniki elmlərin və mühəndisliyin birləşməsinin ümumiləşmiş sinonimi kimi istifadə olunur.

Öyrənilən obyektlərin xarakterinə uyğun olaraq texniki elmlər texnikanın sahələri üzrə bölünür. Texniki obyektlər, texniki elmlərlə ilk növbədə onlara xas olan fundamental aspektlər baxımından tədqiq olunur:


  1. Tətbiq olunmanın məqsədləri və effektivliyi.

  2. Strukturu və təşkili.

  3. Fəaliyyəti.

  4. İdarə edilməsi.

  5. İstismar xüsusiyyətləri.

  6. İşləmə qabiliyyətinin dəyişilməsi, yeyilmə dinamikası, resursun sərf olunması ilə istismar xüsusiyyətləri və istismarda köhnəlmə.

  7. İşçi heyətlə və ətraf mühitlə qarşılıqlı əlaqəsi.

Texniki elmlər əvvəllər praktiki fəaliyyətdəki problemlərin həlli, iqtisadiyyatda, texnikada və texnologiyalarda, insanların mənəvi ehtiyaclarının ödənilməsi üçün yaradılmışdı. Təsadüfü deyildir ki, texniki elmlər praktik fəaliyyətin elmi xidməti, bizim halda – nəqliyyatın elmi xidməti adlanır. Bununla belə heç kimin ağlına gəlmir ki, riyazi statistikanı sığortanın və ya bank fəaliyyətinin elmi xidməti adlandırsın.

Texniki elmlərin öyrəndiyi obyektlərin təbii-elmi obyektlərdən məlum fərqindən başqa texniki elmlərin və təbii elmlərin məqsədlərində ciddi fərqli cəhətlər mövcuddur. Təbii elmlərdə elmi fəaliyyətin məqsədi təbii-elmi obyektlər haqqında bilik almaqdır. Texniki elmlərdə elmi fəaliyyətin məqsədi konkret texniki və ya sosial-iqtisadi məsələlərin həlli və ya həllinin axtarışıdır.

Beləliklə texniki elmləri digər elm sahələrindən fəaliyyət növü kimi iki prinsipial cəhəti fərqləndirir: tədqiqatın obyekti və məqsədləri. Nəticə olaraq texniki elmlər sahəsinin məhdudlaşdırılmaları və “elm daxili” fərqləri, onların metodologiyası, məzmunu və tədqiqatın texnologiyası ilə bağlı daha az fərqli cəhətlər görünür.

Bundan başqa, obyekt yönümlülükdən və praktikanın suallarına tam cavab verməkdən başqa texniki elmlər sahəsində fəaliyyətin məzmunu və bu fəaliyyətin təşkil olunduğu mühit digər təbii elmlərdən və humanitar elmlərdən mühəndisliklə qarşılıqlı əlaqəsinə görə fərqlənir. Bu terminlə sənayedə, tikintidə və nəqliyyatda praktiki fəaliyyəti istiqamətləndirən, təşkil edən və birbaşa rəhbərlik edən fəaliyyət sahəsini, fəaliyyət növünü və mütəxəssislərin bilik sahəsini adlandırırlar.

Birbaşa praktiki fəaliyyətlə məşğul olan, yüksək təhsilli mütəxəssislərin sayı çox olan insan fəaliyyətinin digər sahələrində tətbiqi elm və praktika arasında belə vasitəçi yoxdur. Məsələn tibdə, pedaqogikada və ya geologiyada elmi nəticələrin praktikaya keçirilməsi təhsilli praktik-mütəxəssislər: həkimlər, pedaqoqlar, geoloqlar tərəfindən həyata keçirilir. Tətbiqi elmlərin tədqiqatının nəticələri birbaşa praktik-mütəxəssislərə ötürülür, onlar onu tirajlayır və yerinə yetirir.

XIX əsrin sonuna qədər mühəndislik və texniki elmlər vahidlik təşkil edirdi. Texnikanın və sənayeləşmənin kütləvi tətbiqi texniki elmlərin ayırılmasına və mühəndisliyin istehsalın hər sahəsi və nəqliyyat üzrə müstəqil fəaliyyət növü kimi formalaşmasına səbəb oldu. Hər bir fəaliyyət sahəsində mühəndislik kütləvi oldu. Məhz mühəndislik nəqliyyatda da praktiki fəaliyyəti istiqamətləndirir. Hakimiyyət orqanları və maliyyə sistemi onun nəqliyyat növləri və ərazilər üzrə yalnız tarazlığını nizamlayır.

Mühəndislik (injinirinq) normativ sənədlərlə buraxılabilən hədlərdə aprobasiya olunmuş, lazımi qədər təsdiq olunmuş bilik çərçivəsində ən rasional həlləri axtarır. Məhz normativ sənədlər (standartlar, normalar, təlimatlar, SNiP - tikinti normaları və qaydaları, əsasnamələr, texniki reqlamentlər, metodik göstərişlər, inzibati reqlamentlər, reyestrlər, qaydalar, nizamnamələr) texniki obyektlər haqqında bilikləri toplayır. Bu biliklər tədqiqat nəticəsində texniki elmlərin hesabına əldə olunur.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin