Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə21/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Texnoloji sistem məhsul istehsalı üçün texnoloji proseslərin ardıcıl yerinə yetirilməsi və onların idarə edilməsindən ibarətdir. Texniki sistemlər başqa sistemlərə nəzərən az mütəhərrik olub, ətraf mühitə gec uyğunlaşır. Lakin texnoloji sistem texniki sistemə nisbətən daha mütəhərrik olmaqla, ətraf mühitin təsirinə daha çox məruz qalır və onun şəraitinə uyğunlaşır.

Təşkilati sistem istehsalın optimal quruluşunu tərtib etməklə resurslardan, o cümlədən torpaqdan, əmək və istehsal vasitələrindən səmərəli istifadəni təmin edir.

Texniki, texnoloji və təşkilati sistemlər birlikdə təsərrüfatın idarə edilməsinin təşkilat- texniki tərəfini xarakterizə edir.



İqtisadi sistem təşkilatın istehsal fəaliyyətini iqtisadi amillərlə (planlaşdırma, iqtisadi təhlil, vergi sistemi və s.) istiqamətləndirir və nizamlayır.

İqtisadi sistem bütün sistemlərə həlledici təsir göstərməklə onların səmərəli fəaliyyətini təmin edir. Eyni zamanda, iqtisadi sistem də digər sistemlərin əks təsirinə məruz qalır.



Sosial sistem. Bazar iqtisadiyyatı şəraitində sosial sistem xüsusi əhəmiyyət kəsb edir. Sosial sistem məhz iqtisadi sistemlə birlikdə istehsalın məqsədini, onun prinsip və təşkil üsullarını müəyyən edir.

Texniki, texnoloji istehsal ilə idarəetmənin təşkili, iqtisadi və sosial sistemlər arasında üzvü əlaqə mövcuddur. Onların vəhdəti ölkə iqtisadiyyatının hər bir vəsiləsinin vahid orqanizmidir.

Beləliklə, ölkə iqtisadiyyatinin hər bir vəsiləsi idarə edən və idarə olunan sistemlərdən ibarətdir. Onlar bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqdadır. Bu əlaqələr əsasən kəmiyyət xarakterinə malik olur.

İdarə edən və idarə olunan sistemlər arasında əlaqə informasiya vasitəsi ilə həyata keçirilir. İstehsal prosesi gedişində informasiya idarə olunan sistemdən idarəedici sistemə daxil olur. Bu informasiyadan sərəncam və qərarların hazırlanmasında istifadə edilir.

Hər bir sosial-iqtisadi sistem öz - özünə idarə oluna bilər. Lakin onun xarici təsirə də ehtiyacı vardır. Yəni hər hansı sistem qapalı olmaqla, yalnız özünü idarə əsasında fəaliyyət göstərə bilməz. Bütün sistemlər daim xarici sistemlərin təsirinə məruz qalır.

Hər hansı sistemdə xarici və daxili təsirlər bir-biri ilə əlaqədə olmaqla, qarşılıqlı asılılıqda olur. Xarici təsirlər daxili təsirlərin gücünü azaldır, onu məhdudlaşdırır. Yəni sistemdə xarici və daxili təsirlər arasındakı əlaqə dəyişkən olur.

Bütün sistemlərin ümumi cəhətləri ilə yanaşı, spesifik xüsusiyyətləri və qanunauyğunluqları da vardır.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin