Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə22/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Sistemin xüsusiyyətlərinə aşağıdakılar aid edilir:

1) sistem bir-biri ilə qarşılıqlı struktur və funksional əlaqədə olan elementlərdən ibarət olmalıdır;

2) sistem müəyyən bütövlüyə, tamlığa, məqsəd birliyinə malik olmalıdır;

3) sistem öz fəaliyyətində konkret təyinata (iqtisadi, sosial, texniki və s.) malik olmalıdır;

4) sistemin qarşılıqlı vəhdət prinsipi (sistem elementlərinin birinin dəyişməsi digərinin dəyişməsindən asılı olması) təmin olunmalıdır.

Mürəkkəb obyektlərin idarə edilməsində sistemin əks əlaqə xüsusiyyəti böyük əhəmiyyət kəsb edir. İyerarxiya prinsipi üzrə qurulan idarəetmə sistemlərinin əsas xüsusiyyətlərindən biri də sistemi əmələ gətirən ünsürlərin nisbi müstəqilliyidir.

Mürəkkəblik dərəcəsinə görə sistemlər - 3 qrupa bö­lünür: sadə, böyük və mürəkkəb.

Sadə sistemlər kiçik sis­temlərə bölünmədən tam və sərbəst şəkildə fəaliyyət göstərir. Əgər mövcud sistem bir neçə sadə sistemdən ibarət olarsa və ya bir neçə sadə sistemə bölünərsə belə, sistem böyük sistem adlanır. Böyük sistemlərin sadə sistemlərə bölünməsi dekompozisiya adlanır. Əgər sistem bir neçə alt sistemdən ibarət olub, dinamiki xüsusiyyətə malik olarsa, belə sistem mürəkkəb sistem adlanır.



Mürəkkəb sistemlərə - istehsalın idarəetmə sistemini, radiolokatoru;bioloji sistemlərdən- insanı misal göstərmək olar.

Sistemlər həmçinin açıq və qapalı növlərə də bölünür.

Qapalı sistemlərdə yalnız sistemdaxili münasibətlər, açıq tipli sistemlərdə isə sistemdaxili münasibətlərlə yanaşı, digər sistemlərlə və xarici mühitlə əlaqə olur.

Müxtəlif səviyyəli sistemlərin altsistemləri, onların giriş faktorları və çıxış parametrləri optimallaşdırma proqramına və idarəetmə mexanizmi ilə düzgün əlaqələndirilməlidir. Əks halda nəzərdə tutulan prosesin başa çatması qeyri-müəyyən olar.

Sistem elementlərinin qarşılıqlı təsirinə görə sistemlər determik və ehtimal (stoxastik) xarakterli növlərə ayrılır.

Vəziyyətinin dəyişməsindən asılı olaraq sistemlər statikdinamiki, insanın iştirakından asılı olaraq isə sünitəbii növlərə bölünür.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin