Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə25/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

MODELLƏŞDİRMƏNİN FORMALARI
Modellərin formalarına görə dəqiqlik dərəcələrini nəzərə almaqla, zaman faktoruna görə, həyata keçirilmə üsulu baxımından və s. əlamətlərə görə təsnifatını vermək mümkündür.

Modelləşdirmə üsullarını şərti olaraq 2 böyük qrupda birləşdirmək olar: maddi və ideal modelləşdirmə. Maddi modellər təbii və ya süni mənşəli hər hansı maddi obyektlərdə təzahür olunur. İdeal modellər isə insan təfəkkürünün məhsuludur, belə modellərlə əməliyyatlar insanın şüurunda həyata keçirilir.

Maddi modelləşdirmə üsullarında tədqiqatlar öyrənilən obyektin əsas həndəsi, fiziki, dinamik və funksional xarakteristikalarını əks etdirən model əsasında aparılır. Maddi modelləşdirmə üsulları 2 əsas qrupa ayrılır: fiziki modelləşdirmə və analoq modelləşdirmə.

Fiziki modelləşdirmədə real obyekt onun böyüdülmüş və ya kiçildilmiş surətilə əvəz olunur və tədqiqat da onun üzərində aparılır. Öyrənilən proses və hadisələrin xassələri sonradan oxşarlıq nəzəriyyəsi əsaslında modeldən obyektə köçürürlür. Fiziki modellərlə obyekt – orijinal eyni təbiətli maddi obyektlərdi və eyni qanunlara tabedir. Belə modellər texniki elmlərdə geniş yayılmışdır: astronomiyada, hidrotexnikada, arxitekrurada, təyyarəqayırmada və s. Fiziki model adətən bir və ya bir neçə obyektə aid olur. Ona görə də universal xarakter daşımır.

Analoq modelləşdirmə fiziki təbiətləri müxtəlif olan, lakin formal cəhətdən eyni cür ifadə olunan (eyni riyazi tənliklərlə, məntiqi sxemlərlə və s.) proseslər və hadisələrin analogiyasına əsaslanır. Ən sadə misal, mexaniki rəqslərin eyni diferensial tənliklərə təsvir edilən elektrik sxemlərinin köməyi ilə öyrənilməsidir. Belə modelləşdirmədə müxtəlif hadisələrə aid olan tənliklərin oxşarlığı əsas təşkil edir.

Əgər müxtəlif təbiətli iki obyektin riyazi oxşarlığı faktı müəyyən olunmuşdursa, onda bir obyektin (modelin) uyğun fiziki xüsusiyyətlərindən digər obyektin (orijinalın) tədqiqatı üçün istifadə edilə bilər.

Qeyd edək ki, maddi modelləşdirmənin hər iki tipindən modellər ilkin obyektin maddi inikaslarıdırlar və modellə orijinal öz həndəsi, fiziki və başqa xarakterisikaları ilə bir-birinə bağlıdırlar. Belə ki, tədqiqat prosesi təbii eksperimentdən ibarət olub, modelə maddi təsirlərlə sıx bağlıdır.


Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin