Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə27/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   23   24   25   26   27   28   29   30   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

İşarə modelləşdirməsi müəyyən növ işarələrdən (sxemlər, qrafiklər, çertyojlar, düsturlar, simvollar yığımı və s.) və işarə çevirmələrindən model kimi istifadə edilməsinə əsaslanır. İşarə modelləşdirməsinin mühüm növlərindən biri riyazi modelləşdirmə sayılır.

Riyazi modelləşdirmədə obyektin tədqiqi riyaziyyat dilində formula edilmiş model vasitəsilə bu və ya digər riyazi üsullardan istifadə etməklə həyata keçirilir. Riyazi modelləşdirməyə klassik misal mexanikanın əsas qanunlarının riyazi vasitələrlə təsviri və tədqiqidir.

Baxılan növ modellərlə yanaşı dinamik və statik, makrotip və mikrotip, diskret və kəsilməz, determinə olunmuş və stoxastik, tam və tam olmayan və s. modellərdən də danışmaq olar. Əsas olan budur ki, bir tədqiqat üsulu kimi modelləşdirmə özündə iki ardıcıl mərhələni birləşdirir: modelin qurulması prosesi və modelin köməyi ilə obyekt – orijinalın öyrənilməsi prosesi. Bu mərhələlər qarşılıqlıdırlar və modelin qneseoloji əhəmiyyətini şərtləndirir. Onlar müxtəlif tip modellərdə müxtəlif dərəcədə təmsil olunmuşlar.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin