Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə33/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Modeli həssaslığının təhlili. Modelin ilkin sınaq dövrlərindən başlayaraq, onun işlənməsinin müxtəlif mərhələlərində həssaslıq təhlili lazımi və faydalı ola bilər. Həssaslığın ilkin təhlili real sistemin özünü aparmasının imitasiyası üçün əhəmiyyətsiz olan dəyişən kəmiyyətlərin aşkar olunmasına imkan verir.

Model vasitəsilə ədədi eksperimentlərin aparılması hər hansı bir sistemin riyazi modelləşdirilməsinin son mərhələsidir və bu vaxt böyük miqdarda məsələlər həll etmək olar.


M-6
EHTİMAL NƏZƏRİYYƏSİNİN ELMİ-TƏDQİQATLARDA ROLU
Ehtimal nəzəriyyəsi-riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer de Fermat tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır.

Ehtimal haqqında

Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür. Baş vermiş hər bir hadisə və ya proses özündən əvvəlki ilə belə bir açıq-aşkar prinsipə əsaslanaraq əlaqəlidir ki, hər hansı hadisə və ya proses (təzahür) onu doğuran səbəb olmadan baş verə bilməz. «Əsas kifayətedici prinsip» (rus. «принцип достаточного основания») adı ilə məlum olan bu aksiom, hətta əhəmiyyətsiz sayılan olaylara da şamil olunur. Bu olayları onları əmələ gətirən səbəblər olmadan ən azad iradə belə yarada bilməz, çünki bu iradə, əgər bir halda təsir göstərib, digər halda təsir göstərməkdən yayınmış olsa idi və hər iki vəziyyət isə bütün cəhətlərilə tamamilə oxşar olsaydı, iradənin seçimi – səbəbsiz bir olay olardı: Leybnitsin dediyi kimi, bu iradə epikürçülərin kor-koranə bir halı olardı. Əks fikir əqlin illüziyasıdır ki, o, fərqinə varılmayan davranışlarda iradənin bu və ya digər seçimində xırda səbəbləri nəzərdən qaçıraraq əminliklə hesab edir ki, bu fikir özü-özünə və səbəbsiz yaranır. Beləliklə, biz kainatın hazırki vəziyyətinə onun əvvəlki vəziyyətinin nəticəsi və növbəti vəziyyətinin səbəbi kimi baxmalıyıq.

Təbiəti canlandıran qüvvələr və onun bütün tərkib hissələrinin nisbi vəziyyəti hər hansı bir verilmiş anda əlaqə məlum olsa idi və üstəlik bu ağıl elə geniş ola bilsəydi ki, bunları əhatəli analiz edə biləydi, o, kainatın nəhəng cisimlərinin hərəkətini ən yüngül atomların hərəkətləri ilə eyni bir düsturda əhatə etmiş olardı: onun üçün yəqin olmayan heç bir şey qalmazdı və gələcək, həmçinin keçmiş onun qarşısında canlanmış olardı. Kamil insan zəkasının astronomiyaya verə bildikləri belə idrakın zəif eskizi haqqında təsəvvür verir. Ümumdünya cazibəsinin kəşfi ilə bağlı olaraq, mexanika və həndəsədə əqlin etdiyi kəşflər, kainat sisteminin keçmiş və gələcək vəziyyətlərini eyni bir analitik ifadələrlə anlamağa imkan yaratdı. Həmin metodu bəzi digər bilik obyektlərinə tətbiq etdikdə, müşahidə olunan hadisə və ya prosesləri ümumi qanunlarla ifadə etmək bizim idrakımıza müyəssər oldu və o, verilmiş şərtlər nəticəsində baş verə biləcək hadisə və ya prosesləri öncədən söyləməyə belə müvəffəq oldu. Gerçəklik axtarışında ruhun bütün cəhdləri daima ruhu idraka (zəkaya) yaxınlaşdırmağa yönəlmişdir və indicə qeyd etdiyimiz elə idraka ki, ruh ondan həmişə sonsuz uzaqda olacaqdır. İnsana xas olan bu cəhdetmə onu heyvanlardan üstün edir; onun bu istiqamətdəki uğurları millətləri və əsrləri fərqləndirir və onların həqiqi şöhrətini təşkil edir.

Xatırlayaq ki, bizdən o qədər də uzaq olmayan keçmiş dövrlərdə yağışa və ya fövqəladə quraqlığa, olduqca uzanmış quyruğu olan kometə, günəş tutulmasına, şimal şəfəqinə və ümumiyyətlə, qeyri-adi təzahürlərə Göy qəzəbinin əlaməti kimi baxılırdı. Bunların zərərli təsirinin qarşısını almaq üçün Göyə (Tanrıya) yalvarırdılar. Planetlərin və ya günəşin hərəkətini dayandırmaq üçün Tanrıya yalvarmırdılar: müşahidə tez bir zamanda bu yalvarışların tamamilə səmərəsiz olduğunu hiss etdirərdi. Lakin uzun müddətdən bir baş verən və itən təzahürlərdən belə fikir yaranırdı ki, bunlar təbiətdə qərarlaşmış qaydalara ziddir və insanlar fərz etməyə başladılar ki, bunları Göy (Tanrı) yaradır və o, insanları günahlarına görə cəzalandırmaq.



Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin