Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə39/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

M-7

Tədqiqat metodları

Tədqiqat metodları (yun. methodos - tədqiqat yolu, idrak yolu, üsul) - hərəkət qaydası, fəaliyyət qaydası, gerçəkliyin praktik və nəzəri surətdə qavranılmasım təmin edən müxtəlif üsulların, tərzlərin, əməliyyatların məcmusu başa düşülür. Mövcud bilikərin əsasında yeni elmi faktlar, elmi məlumat və biliklər almaq üçün tətbiq edilən üsullardır. Tədqiqat metodları tədqiqatçının qarşısına qoyduğu məqsədə çatması üçün və ya ona nail olmağa imkan verən müxtəlif üsullar tərz və əməliyyatların məcmusudur. Elmdə metod idrak yoludur, bu yolla təd­qiqatçı həqiqətə doğru (konkret olaraq tədqiqat obyektinə və predmetinə doğru) irəliləyir.

Tədqiqatın ən geniş yayılmış ümumelmi üsulları – analiz və sintezdir. Analiz- tədqiq olunan obyekti daha sadə tərkib hissələrinə bölərək sonradan onların hər birinin müstəqil öyrənilməsidir. Tədqiqatda buna əks üsul olan sintez- analiz zamanı əvvəlcədən ayrılmış hissələrin bütöv vahid halında birləşdirilərək öyrənilməsidir.

Ümumiyyətlə isə tədqiqat metodları üç qrupa bölünür: 1) Empirik tədqiqat metodları (müşahidə, müsahibə, eks­periment); 2) Həm empirik, həm də nəzəri səviyyəli tədqi­qat metodları (mücərrədləşdirmə, təhlil və tərkib, induksiya və deduksiya, modelləşdirmə və s. ); 3) Nəzəri tədqi­qat metodları (Ümumiləşdirmə, sistemləşdirmə, qrup­laşdırma, müqayisə etmə, təhlil etmək, ölçmək və s).

Qeyd edək ki, universal metod yoxdur. Hər hansı bir problemi, sahəni, predmeti, obyekti öyrənmək, tədqiq etmək üçün özünəməxsus tədqiqat metodları vardır. Məsələn , tədqiqat metodu kimi magistrant müsahibə, müşahidə, eksperiment, test, müqayisə, təhlil, ümumi­ləşdirmə, arxiv sənədlərinin, məktəb sənədlərinin öyrə­nilməsi və s. metodlardan istifadə edə bilər.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin