Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə4/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   2   3   4   5   6   7   8   9   ...   51
Elmi tədqiqatın əsasları - Rauf

Elmin metodologiyası ənənəvi baxımda − elmi fəaliyyətin metodları və proseduraları haqda təlim, həmçinin ümumi dərketmə, xüsusən elmi dərketmə nəzəriyyəsi haqda bölmədir.

Elmi metod dedikdə tədqiqatçını həqiqətə yaxınlaşdıran dərk etmənin, tədqiqatın nizamlanmış metodu nəzərdə tutulur.

Metodika – elmi metoddan fərqli olaraq, əməli termin olub yalnız texniki vasitələrlə və ya verilənlərlə işləmək üçün, ya da faktların sübut edilməsi üçün əməliyyatları, proseduraları, üsulları və ya onların aparılma qaydasını bildirir.

Elmin metodologiyası tətbiqi mənada – konkret təbii-elmi və ya texniki fənn üzrə elmi öyrəndikdə və ya bilikləri təkmilləşdirdikdə tədqiqatçının (alimin) əsaslandığı tədqiqat fəaliyyətinin sistemləri və prinsipləridir. Məhz baxılan tətbiqi mənada texniki elmlərin metodologiyası sonradan onun bir qolu nümunəsində - nəqliyyat elminin metodologiyası nümunəsində müzakirə predmeti olacaq.

Elmin metodları, onun metodologiyası vaxt keçdikcə çox az dəyişir. Ənənə təməl kimi çıxış edir və onun təkamül inkişafının əsasında durur. Elmin metodologiyası onun tətbiqi mənasında elə də inkişaf etmir, nəinki texniki elmlərin yeni yaranmış sahələrində onun tətbiqi və başa düşülməsi. Elmin və texniki elmlərin metodologiyası haqda təsəvvürlərin yenilənməsi, elmin yaratdığı yeni informasiya axını ilə ümumi biliklərin yenilənməsindən fərqli olaraq, olduqca ləng baş verir.

Bu XX yüzilliyin sonu üçün formalaşmış elmi ənənələrin çərçivəsində texniki elmlərin paradiqmasına da tam mənada aiddir.

Bu halda paradiqma dedikdə ümumi konseptual sxemlər, ideyalar, baxışlar, yanaşmalar, dərk etmələr və metodlara əsaslanan formalaşmış həllərin qəbulunun mental modeli başa düşülür.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin