Müsahibə metodu- Araşdırılan məsələ ilə bağlı müəyyən faktlar, hadisələr haqqında hər hansı insan qrupunun ictimai rəyini öyrənmək, məlumat almaq məqsədi ilə aparılır.
Müsahibə - bu sadəcə bildiyimiz, həmişə etdiyimiz söhbət deyildir. Sorğu metodu - praktiki tədqiqatlarda əvvəlcədən hazırlanmış plan əsasında keçirilən məqsədli sual-cavabdır. Tədqiqat metodu kimi müsahibə informasiya əldə etmək və ya müşahidə zamanı aydın olmayan məsələləri aydınlaşdırmaq, bəzən də eksperimentin nəticələrini yoxlamaq və dəqiqləşdirmək məqsədilə aparılır. Bu metodun köməyi ilə hər hansı fakt və hadisəyə sorğu ekspertlərin münasibəti aşkarlanır və prosesin xüsusiyyətləri aydınlaşdırılır.
Sorğuya aşağıdakı tələblər verilir:
Verilən suallar əvvəlcədən planlaşdırılmalı və tədqiqatın məqsəd və vəzifələrinə uyğun olmalıdır. Özünə sual verməli: “Sən nəyi aydınlaşdırmaq istəyirsən?”
Öncədən sorğu olunacaq şəxslərin sayı dəqiq müəyyənləşdirilməlidir.
Tərtib edilmiş suallar aydın, konkret və sadə olmalıdır. Mürəkkəb, “ikimərtəbəli” və ya yanıltmaq üçün, qəsdən səhv suallar verilməməlidir.
Soruşulanların cavabları dəqiq yazılmalı, qeydə alınmalıdır.
Soruşulanların xüsusiyyətləri, səviyyələri nəzərə alınmalıdır.
Sorğunun nəicələri ümumiləşdirilməli və təhlil edilməlidir.
Dostları ilə paylaş: |