Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


M-8 EKSPERİMENTİN PLANLAŞDIRILMASI



Yüklə 277,58 Kb.
səhifə47/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   43   44   45   46   47   48   49   50   51
Elmi tədqiqatın əsasları - Rauf

M-8

EKSPERİMENTİN PLANLAŞDIRILMASI

Resursların optimal paylanması, idarə və istifadə edilməsi problemləri, elmi-tədqiqat işlərinin müxtəlif mərhə­lələrində qəbul edilən qərarların səmərəli metodlarının iş­lənməsini tələb edir.

Müasir dövrdə və şəraitdə bir çox tədqiqatlar ekspe­riment aparmaqla tələb olunan nəticəyə nail olmağa imkan verir. Ona görə də son zamanlar obyektlərin və qərarların qəbulu metodlarının öyrənilməsində eksperimentin planlaş­dırılması metodlarından və analizindən geniş istifadə edilir.

Eksperimentin planlaşdırılması tədqiqat işlərinin apa­rılmasında yeni yanaşma tələb edir. Çünki, eksperimentin ənənəvi metodla aparılmasında çox vaxt və material (vəsait) sərf edilir, obyektə bir faktorun təsir dərəcəsi digər faktorla­rın ayrı-ayrılıqda və qarşılıqlı təsirləri nəzərə alınmadan öy­rənilir və s. Bu metodla toplanan informasiyanın çox hissəsi praktiki maraq yaratmır, alınan nəticələr optimal qiymət­dən xeyli fərqli olur.

Adi tədqiqat metodunun çatışmayan cəhətlərindən biri də faktorların qarşılıqlı təsirlərinin nəzərə alınmamasıdır. Nəticədə, optimallaşdırma kriteıiyasının qiyməti ilə faktor­ların qiymətləri arasındakı riyazi asılılığın yaradılmasında böyük xətalar əmələ gəlir.

Adi eksperiment metodunda nəticələrin riyazi hesab­lanmasında da əlavə xətalara yol verilir, çünki eksperimen­tin aparılmasında xətalar haqqında kifayət qədər məlumat olmadığından, eksperiment nəticələrinin adekvatlığı haq­qında fərziyyəni yoxlamaq mümkün olmur.

Eksperimentin planlaşdırılması və analizinin riyazi metodlarından istifadə etməklə tədqiqat işlərinin aparılması ənənəvi tədqiqat metodlarına xas olan çətinliklərin aradan qaldırılmasına və elmi işlərin səmərəliliyinin artırılmasına imkan yaradır.

Eksperimentin planlaşdırılmasmm riyazi metodların­dan istifadə edilməsi, tədqiqatçının duyğu və qabiliyyətini (intuisiyasını) inkişaf etdirir, yeni düşüncə tərzi daha dəqiq meyarlardan istifadə etməyə imkan yaradır, tədqiqatın nəti­cələrinə daha yüksək səviyyədə əyanilik verir və məsələnin qoyuluşunu asanlaşdırır.

Eksperimentin planlaşdırılmasına tədqiqat obyekti haqqında kibernetik təsəvvürə əsaslanan kompleks bir elmi fənn kimi baxılır.

Eksperimentin planlaşdırılması fənninin öz vəzifəsi, özünün xüsusi tədqiqat obyekti və öz metodologiyası var­dır.

Statistik planlaşdırma metodlarından istifadə etməklə aparılan tədqiqatların əsas məqsədi optimal oblastda, pro­seslərin riyazi ifadə olunmasıdır. Bu üsullar vasitəsi ilə tərtib edilən riyazi modellər həm optimal rejimlərin təyin edilmə­sində, həm də, prosesin optimal idarə edilmə sistemini ya­ratmaq üçün informasiya mənbəyi kimi istifadə edilir.

Müxtəlif proseslərin optimallaşdırılmasında çox faktorlu eksperiment qurmaq üçün müəyyən informasiya tələb olunur. Bu informasiya ədəbiyyat icmalı vasitəsilə əldə edi­lir. Sonra aşağıdakı mərhələlər yerinə yetirilir:


  • optimallaşdırma kriteriyası (parametri) seçilir;

  • faktorların, onların dəyişmə intervalları və səviyyələ­ri seçilir;

  • tam faktorlu eksperimentin 2k və ya onun kəsr repli­kasının matrisi qurulur və təcrübələr aparılır;

  • nəticələr hesablanaraq reqressiya tənliyi tərtib edilir.

  • reqressiya tənliyinin statistik analizi aparılır;

  • optimal qiyməti tapmaq üçün ən qısa yol müəyyən edilir.



Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin