Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı



Yüklə 277,58 Kb.
səhifə49/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   43   44   45   46   47   48   49   50   51
Elmi tədqiqatın əsasları - Rauf

Tədqiqat obyekti. Optimallaşdırmada əsas qiymətləndirici parametri seçməzdən əvvəl tədqiqat obyektinin də araşdırılması vacibdir. Tədqiqat obyektini riyazi ifadə et­mək üçün kibernetik sistemdə istifadə edilən «qara qutu» anlayışından istifadə edirlər (Şəkil 3.1).

Şəkil. Tədqiqat obyektinin modeli

Sxemin sağında olan oxlar (y1, y2, yn) tədqiqat məqsə­dinin ədədi xarakteristikalarını təsvir edir. Adətən bu pa­rametrlər y (iqrek) hərfi ilə işarə edilir və optimallaşdırma parametri adlandırılır. Bəzi ədəbiyyatlarda optimallaşdırma parametrləri, optimallaşdırma kriteriyaları, məqsəd funk­siyası, “qara qutunun” çıxışı, otklik funksiyası və s. kimi adlandırılır.

Optimallaşdırma məsələlərinin həllində tədqiqat obyektinin riyazi modelindən istifadə edilir.

Riyazi model. Riyazi model dedikdə optimallaşdırma parametrini faktorlarla əlaqələndirən tənlik nəzərdə tutulur.

Burada nəzərə alınmalıdır ki, idarə olunan dəyişən faktorlar müəyyən hədd daxilində dəyişdirilə bilər. Məsələ­nin şərtindən asılı olaraq, qoyulan məhdudiyyətlər daxilin­də, həll edilən məsələ o zaman optimal hesab edilir ki, mo­delin (obyektin) keyfiyyətini xarakterizə edən kriteriya ya minimum, ya da maksimum (yəni ekstremal) qiymət alsın.

Yadda saxlamaq lazımdır ki, hər hansı alman və ya tərtib edilən model təxmini xarakter daşıyır və tədqiqat obyektini, adətən, tam dəqiq ifadə edə bilmir. Ona görə də modelin köməyi ilə alman optimal həllə real məsələnin op­timal həllinin yaxşı aproksimasiyası kimi baxılır. Tədqiqat işlərində modellərdən istifadə edilməsi elm və texnikanın mürəkkəb sahələrində elmi-texniki tərəqqinin inkişafına sə­bəb olur və böyük əhəmiyyətə malikdir.

Ümumi halda optimallaşdırma parametrinin faktor­lardan asılılığı reqressıya tənliyi ilə ifadə edilir.

Eksperimentlərin aparılmasında ən çox yarımnominal modellərdən istifadə edilir. Onlar da öz növbəsində xətti, kvadratik və daha böyük tərtibdə olurlar. Yarımnominal modellər vasitəsilə başlanğıc funksiyam və ya başlanğıc diferensial tənliyi həmişə almaq mümkün olmasa da, prosesin mexanizmi və ekstremal nöqtənin koordinatlarını təyin et­mək mümkün olur.

Xətti modelin ifadəsi:



Kvadratik modelin ifadəsi:



burada: - optimallaşdırma kriteriyası (asılı dəyişən); xi – idarə olunan və asılı olmayan dəyişənlər – faktorlar; B1 – modelin əmsallarıdır.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin